Qarabağdakı Türk-Rus Birgə Monitorinq Mərkəzi işə başlayır.
ONN media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Məlumat və Kütləvi Kommunikasiya Departamenti təfərrüatları açıqlayıb.
Bildirilib ki, rus hərbçilər atəşkəsə və Dağlıq Qarabağ zonasında Azərbaycan ərazisindəki bütün hərbi əməliyyatlara nəzarət etmək üçün ortaq Rusiya-Türkiyə mərkəzində işləməyə hazırlaşır.
Mərkəzin tərkibində olacaq rus hərbçilərin atəşkəs rejiminə nəzarət vəzifələrini birgə icra etmələri üçün təlim keçdikləri və Azərbaycan ərazisinə getməyə hazırlaşdıqları qeyd olunur.
Təlim zamanı hərbi qulluqçular Birgə Mərkəzin quruluşunu, məqsədini, vəzifə və funksiyalarını, işinin təşkili qaydasını, eyni zamanda, ərazilərində tapşırıqların yerinə yetirilməli olduğu ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənir.
Rusiya və Türkiyə tərəflərindən paritet əsasda təmsil olunan Birgə Mərkəzin heyəti vəziyyəti izləmək, atəşkəsə və bütün döyüş əməliyyatlarına pilotsuz aviasiya vasitələrindən istifadə etməklə nəzarət etmək vəzifələrini yerinə yetirəcək.
Atəşkəsə və Dağlıq Qarabağ zonasındakı bütün döyüş əməliyyatlarına nəzarət edən ortaq Rusiya-Türkiyə mərkəzi Rusiya Federasiyası və Türkiyə Respublikasının Müdafiə Nazirliyi rəhbərləri tərəfindən imzalanan memoranduma uyğun olaraq Azərbaycan ərazisində yerləşdiriləcək. 11 noyabr 2020-ci il tarixində imzalanan memoranduma əsasən, hər tərəfdən bərabər sayda nümayəndə təmsil olunur.
Qeyd edək ki, mərkəzin qərargahı Ağdamda olacaq.



Qarabağda türk-rus hərbçiləri birgə HƏRƏKƏTƏ KEÇİR - BU TARİXDƏ
Qarabağda PUA-lar havaya qaldırıldı
Rusiya MN Ağdamdakı mərkəzdən VİDEO YAYDI
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ilə bağlı SON XƏBƏR
SON DƏQİQƏ! Türkiyədən Qarabağa gələcək hərbçilərlə bağlı AÇIQLAMA
Türkiyə hərbiçiləri Azərbaycanı tərk edib?
Türkiyədən SON DƏQİQƏ Qarabağ AÇIQLAMASI
Türkiyə ilə Rusiya arasında Qarabağ görüşü...
Çavuşoğlu: “Sabah Soçidə Lavrovla Dağlıq Qarabağı da müzakirə edəcəyik”
Ərdoğan Milli Təhlükəsizlik Şurasını toplayır: Qarabağla bağlı VACİB MÜZAKİRƏ
Sənəd imzalandı, türk ordusu da Qarabağda olacaq - Ərdoğandan SON DƏQİQƏ AÇIQLAMASI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 