Türkiyənin miqrant qaçaqçılığı ilə məşğul olan ən böyük təşkilatı çökdürülüb. ONN media xəbər verir ki, İstanbul Miqrant Qaçaqçılığı ilə Mübarizə Şöbəsi və Sahil Təhlükəsizliyi briqadaları Aralıq, Egey və Qara dənizdə qanunsuz işlər görən təşkilatı “Büyü Bozan” (“Tilsimi Qıran”) əməliyyatı çərçivəsində ifşa edib. Əməliyyat 6 ay davam edib. Polislər bu müddət ərzində özlərini balıqçı kimi qələmə verərək cinayətkarları deşifrə etməyi bacarıb. Əksəri balıqçı qayığı kapitanı olan təşkilat üzvlərinin əlindən 1470 miqrant xilas edilib. Qeyd edək ki, əməliyyatın adı təşkilat liderlərindən birinin “üzərimizdə tilsim var, buna görə daim bədbəxtlik yaşayırıq” sözlərindən sonra qoyulub. Cinayətkar qruplaşmanın lideri tilsimi qırmaq üçün Çanaqqaladan İstanbula gedib. Burada bir imamla görüşdükdən sonra üzərindəki tilsimi qırdığını zənn edərək geri qayıdıb. Polisin 9-cu əməliyyatında həmin şəxs də yaxalanıb. Bundan sonra polis əməliyyata “Büyü Bozan” adı verib.
Türkiyənin ən böyük cinayətkar qruplaşması çökdürüldü



Türkiyə sahillərində miqrantlar çıxarıldı
Aralıq dənizində miqrant qayığı batdı
Aralıq dənizində ŞOK - 117 ÖLÜ
Aralıq dənizini keçmək istəyən 401 miqrant xilas edilib
Fransada erməni və gürcü mafiyası ifşa edildi
200 miqrantın ölümünə səbəb nədir?
Miqrantlarla bağlı inanılmaz qanun
Qandonduran olay- ADAM YEYƏN BALIQÇI...
Rusiya Türkiyəyə məxsus iki balıqçı gəmisini saxladı
Türkiyəni bu yolla tərk etmək istəyənlər saxlanıldı
Balıqçı qayığı gəmi ilə toqquşdu: itkinlər var
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 