Elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı aşkar edilmiş qanunsuz istifadə hallarının rəsmiləşdirilməsində yaranan problemlərin aradan qaldırılması məqsədilə qanunvericiliyə dəyişiklik təklif edilir.
Bununla bağlı layihə Milli Məclisə daxil olub.
Layihəyə əsasən, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı sualları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlara dəyişiklik edilməsi nəzərdə tutulur.
Təklif edilən dəyişikliklər özündə aşağıdakıları nəzərdə tutur:
1) enerji, su və qaz təchizat müəssisələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının araşdırılması ilə bağlı yoxlamaların keçirilməsinə hüquqi əsasın yaradılması (sahibkarlıq sahəsində yoxlamaların dayandırıldığı dövrdə). Bu məqsədlə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq dəyişiklik (yoxlamaların dayandırılmasından istisna) təklif olunur;
2) sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı yoxlamaların (sayğacların göstəricilərinin oxunması) keçirilməsinə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin şamil edilməsi (3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci maddələr istisna olmaqla).
3) sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı əgər sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma halları müəyyən edilərsə müvafiq yoxlama tədbirlərinin də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə əsasən həyata keçirilməsi, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınması.
Yoxlamalara adıçəkilən qanunun tətbiqi sahibkarların maraqlarının daha effektiv qorunmasına, yoxlayıcı ilə sahibkarlıq subyekti arasında yarana biləcək neqativ halların aradan qaldırılmasına xidmət edəcək.



Su, qaz, elektrik sayğaclarına baxılması qaydası dəyişir
İlham Əliyev fərman imzaladı
Su, qaz, elektrik sayğaclarına baxılması qaydası dəyişir
“Azəriqaz” və “Azərişıq”la bağlı TƏLƏBLƏR DƏYİŞDİ
Deputatlar bu gün hansı məsələləri müzakirə edəcək?
Milli Məclisin iclasının gündəliyi açıqlandı
Milli Məclisin iclası başladı
Deputatlar 22 məsələni müzakirə edəcək
Milli Məclisin iclası başladı
Milli Məclisin növbəti iclası keçirilir
Parlament yoxlamalarla bağlı dəyişikliyə “HƏ” dedi
Prezidentdən qərar: yoxlamalar bu tarixədək dayandırıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 