Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometereoloji hadisə haqqında xəbərdarlıq daxil olub. Agentliyin Mətbuat xidmətindən verilən məlumata görə, Xəzər dəniz akvatoriyasında fevralın 17-i axşamdan Bakıda və Abşeron yarımadasında şimal-qərb şimal küləyinin 28-30 m/s-dək güclənməsi və temperaturun 0°-yə enməsi gözlənilir. Dalğanın hündürlüyünün isə 5-7 metrə qədər artması proqnazlaşdırılır. Qeyd edək ki, hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib. Milli Mərkəz təcrübəli Kapitanlar vasitəsilə idarə olunur. Gəmilər müvafiq lövbər siğinacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz lövbərdə durma prosesi radarlar vasitəsilə fasiləsiz müşahidə olunur. Hava şəraitinə uyğun olaraq Milli Mərkəz tərəfindən gəmilərin hərəkətinə və limanlara giriş-çıxışına icazə verilməsi, hərəkətin məhdudlaşdırılması, limanların bağlanması barədə tədbirlər görülüb.
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ



Dövlət Dəniz Agentliyindən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Xəzərdə təhlükəli hidrometeoroloji hadisəylə bağlı XƏBƏRDARLIQ EDİLDİ
Dövlət Dəniz Agentliyi küləkli hava ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib
Xəzərdə dalğanın hündürlüyü 8 metri keçəcək- XƏBƏRDARLIQ
Güclü külək əsəcək, dalğanın hündürlüyü 9 metr olacaq - XƏBƏRDARLIQ
Agentlikdən təhlükəli hava ilə bağlı XƏBƏRDARLIQ - Sabahdan...
Bakıda güclü külək: kapitanlar təlimatlandırıldı
Dövlət Dəniz Agentliyi güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edib
Güclü küləklə bağlı gəmilərin limanlara giriş çıxışı məhdudlaşdırılıb
Küləklə bağlı gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Küləkli hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
Xəzərdə üzən gəmilərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ OLUNDU
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 