“Metro açılmalıdır”. ONN media bildirir ki, bunu milli.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev deyib. Şöbə müdiri bildirib ki, yerüstü nəqliyyat çatdırmır, problemi təcili aradan qaldırmaq üçün metronun fəaliyyəti təcili bərpa edilməlidir: “İctimai nəqliyyatda dəhşət sıxlıq var. İndi tədris prosesi də əyani şəkildə fəaliyyətini davam etdirir, bu da yollarda və sərnişin avtobuslarında çox böyük tıxaclara səbəb olur. Bu problemi təcili aradan qaldırmaq üçün metro açılmalıdır, başqa yolu yoxdur. Çünki yerüstü nəqliyyat çatdırmır. Metro ilə müqayisədə toy mərasimlərinin keçirilməsi ilə bağlı bir az fərqli fikirdəyəm. Həqiqətən mən özüm də çox toplaşmağın əleyhinəyəm, tövsiyə etmirəm. Ona görə də yaxşı olar ki, bütün nişanlı gənclər, ailə qurmaq istəyənlər Vətəndaş Vəziyyətləri Aktlarının Qeydiyyat Şöbəsinə (VVAQ) getsinlər, nikaha girsinlər, qovuşsunlar. Nə vaxt pandemiya sakitləşər, o zaman da toylarını edərlər. Bəziləri deyə bilər ki, “kafelər, restoranlar, çay evləri fəaliyyət göstərir, orada da az adam olmur, orada da bir masa arxasında bir neçə insan əyləşir. Niyə onlara icazə verilir, amma toyların keçirilməsi qadağası qüvvədə qalır?!”. Məsələ belədir ki, biri var restoran açılıbdır, insanlar masa arxasında oturublar. Toyda axı belə olmur. Toyda hamı qucaqlaşır, öpüşüb görüşür. Sıx şəkildə rəqs edirlər. Bu gün toy məsələsində bir az ehtiyatlı olmaq lazımdır. Amma evlənmələr olmalıdır. Çünki bu, demoqrafiq problemlər yarada bilər. Amma toyların keçirilməsinə hələ tələsmək lazım deyil”.
Operativ Qərargah hansı qərarlarını dəyişəcək? – Toylar və metro…



Bakı metrosu avqustun 5-də açılır? - Açıqlama
Bakı metrosunun yerüstü stansiyası bu tarixdə istifadəyə veriləcək
Metro fəaliyyətini bərpa etməyə tam hazırdır - RƏSMİ
Bu şəxslər metroya buraxılmır- Rəsmi
Metro istifadəçiləri üçün yeni tələb
Avqustun 17-də metro fəaliyyətini bərpa edəcəkmi? – “Hazırlıq işləri görülür” – AÇIQLAMA
Metro istifadəçilərinə ŞAD XƏBƏR: Gələn il...
Bakı metrosu fəaliyyətini bərpa edib
Xırdalana metro xətti inşa ediləcək?
ŞAD XƏBƏR: Həftəsonu ictimai nəqliyyat və metro işləyəcək
Metrodan istifadə edənlərin nəzərinə
Yeni metro stansiyası necə adlandırılacaq?
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 