Prezident Armen Sarkisyan hökumətin Qasparyanın istefa fərmanını geri qaytarmasından sonra Paşinyan konstitusiyaya görə, fərmanı ikinci dəfə göndərdi. Prosedura görə, Sarkisyan ya sabah cavab verməli, ya da məsələ Konstitusiya Məhkəməsinə getməlidir: Nikol KM hakimlərinin Qasparyanın xeyrinə qərar çıxaracağını anladığı üçün məsələni prezident səviyyəsində həllinə çalışır: - Bu gün saat 18:30-a mitinq təyin etdi; - Prezidentin impiçmenti məsələsini gündəmə gətirdi (sonradan təkzib etsələr də); - Səhər saatlarında prezident və baş qərargah rəisinin iştirakı olmadan Təhlükəsizlik Şurasının iclasın keçirdi: iclasda prezidentə fərmanı imzalamaq müraciətinin qəbul edildiyi deyilir; Bu gün keçirilən mitinq Nikolun Qasparyan və müxalifətlə yanaşı, Armen Sarkisyana qarşı da güc nümayişidir: hökumətin prezidenti fərmanı imzalaması üçün müxtəlif yollarla sıxacağı gözlənilən idi; Mitinqə saatlar qalmış Paşinyan Armen Sarkisyanın iqamətgahına yollandı: bu, baş nazirin prezidentə sonuncu xəbərdarlığı hesab oluna bilər; Armen dilemma qarşısındadır: fərmanı imzalasa, ordu və müxalifəti qarısına alır, imzalamasa, hökumət onu “qiyama dəstək verən prezident” kimi impiçment edə bilər (Ermənistan prezidentini parlament seçir və parlamentdə çoxluq Nikolun partiyasındadır); Armenin üç istiqamətdə hərəkət edir: ən yaxşı halda fərmanı KM-nə ötürmək, ən pis halda güclünün tərəfində yer almaq; Qasparyanı özünün istefa ərizəsini yazmasına inandırmaq; İlk iki istiqamətdən birini seçmək çətindir: Nikol onu sıxır, hələ ki güclü tərəf müəyyənləşməyib. Bu baxımdan, o, üçüncü istiqamətdə hərəkət edərək, Qasparyanın istefa ərizəsini yazmasına çalışdı, hərçənd, nəticə əldə edə bilmədi. Və günün ikinci yarısında Armen Sarkisyanın tədricən Nikolun qarşısında geri çəkildiyi müşahidə olunur: hökumət prezidentin impiçment məsələsini, o cümlədən, bugünkü aksiyanın prezidentə qarşı olduğunu təkzib etdi, ardınca Armen-Nikol görüşü ilə bağlı “hər şey yaxşıdır” tipli informasiya yaydı; mümkündür, Paşinyan mitinqdən öncə prezidentlə razılaşıb, Armen Sarkisyan da hökumətin güclü tərəf olduğunu hiss edir, xüsusilə, Paşinyanın “İsgəndər” tövbəsi, Kremlin tövbəni qəbul etməsi fonunda... Saatlar sonda hökumət və müxalifət gücünü göstərəcək: müxalifət çadrlar qurub, lakin Nikolun da tərəfdarlarını Prezidentin fərmanı imzalamasına qədər küçələrdə saxlayacağı və zərurət olarsa, qarşıdurmaya qədər gedəcəyi də istisna deyil.(publika.az)
İrəvan gecə döyüşünə doğru...



Paşinyan: “Baş Qərargah rəisi vəzifəsindən azad olunmuş sayılır”
Sarkisyan yenə Paşinyanın müraciətini RƏDD ETDİ
Qasparyan vəzifəsindən getməyəcək - GİZLİ MƏNBƏ
Sarkisyan hökumətin istefasını qəbul etdi
Onik Qasparyan vəzifəsindən azad edildi
Ermənistan prezidenti onlarla görüşdü
İrəvan ALOVLANIR: "İmpiçment dalğası" Ermənistana çatdı
SON DƏQİQƏ: Prezident Sarkisyan Paşinyanın qərarına təsdiqlədi
Ermənistanda hərbi qiyam... – Paşinyan ELAN ETDİ
Ermənistan prezidentindən Paşinyana GÖZLƏNİLMƏZ ZƏRBƏ
Sarkisyan Azərbaycanla olan sərhədlərə görə Putindən KÖMƏK İSTƏDİ
Sərkisyan rədd etdi, Paşinyan II təqdimat yazdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 