Ağdam rayonunun Novruzlu kəndində minaya düşən idarə rəisi Hafiz Əzimzadənin vəziyyəti stabilləşib. ONN media xəbər verir ki, bu barədə Trend-ə Ağdam İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev bildirib. O qeyd edib ki, yaralı əməliyyat olunub: "Hafiz Əzimzadənin sağ ayağının bir hissəsi amputasiya olunub, hazırda özünü yaxşı hiss edir. Xəstənin vəziyyəti mütəmadi nəzarətdə saxlanılır". Xatırladaq ki, martın 3-də saat 15 radələrində Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi, 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə su quyularının bərpası işləri ilə məşğul olan zaman rayonun işğaldan azad edilən Novruzlu kəndində minaya düşüb. Nəticədə idarə rəisinin sağ ayağının topuqdan aşağı ətrafı amputasiya edilib, digər çoxsaylı xəsarətlər alıb. Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Ağdam Prokurorluğu tərəfindən araşdırma aparılır.
Minaya düşən idarə rəisinin son durumu necədir?



Vəzifəli şəxsin minaya düşməsinin təfərrüatı - AYAĞI AMPUTASİYA EDİLDİ
SON DƏQİQƏ: Vəzifəli şəxs Ağdamda minaya düşdü
Ağdamdakı mina partlayışı ilə bağlı araşdırma aparılır
Minaya düşən traktor sürücüsünün kimliyi məlum oldu
Füzulidə minaya düşən gəncdən XƏBƏR VAR
Ağdamda minaya düşən şəxsin nəşi ərazidən çıxarıldı
Ağdam sakini minaya düşdü, ayağı amputasiya edildi
Minaya düşən hərbçimizdən XƏBƏR VAR
Minaya düşən Ağdam sakininin nəşini ərazidən çıxarmaq mümkün olmadı
Daxili Qoşunların hərbçilərinin ayaqları amputasiya edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 