Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN nümayəndəsinin Azərbaycan Respublikası Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə çıxışı barədə söylədiklərinə dair şərh verib. XİN-dən verilən məlumata görə, şərhdə deyilir: "Azərbaycan Respublikası Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının bu ilin 4 mart tarixində keçirilən Zirvə görüşündə çıxışı zamanı bölgədə sülh və sabitliyin təmin edilməsi üçün yaranan əməkdaşlıq imkanlarından, birbaşa bölgə ölkələrinin faydalana biləcəyi nəqliyyat layihələrinin həyata keçirilməsindən danışdığı halda, Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsinin Azərbaycanı beynəlxalq hüququ pozmaqda ittiham etməsi və bunu bölgə üçün təhdid kimi qiymətləndirməsi rəsmi Yerevanın sağlam məntiq və düşüncədən uzaq olduğunu növbəti dəfə açıq nümayiş etdirir. Azərbaycan tərəfinin hər zaman əməkdaşlıq və bölgənin tərəqqisi ilə bağlı mövqeyini pozucu şəkildə şərh edən Ermənistan tərəfinin, hansı maraqlara xidmət etdiyi sual doğurur və ümumiyyətlə, bu ölkənin hələ də nə istədiyini müəyyən etmədiyini göstərir. Ermənistan XİN nümayəndəsinə tövsiyəmiz ondan ibarətdir ki, şərh vermədən öncə öz hökumət rəhbərlərinin imzaladığı 10 noyabr tarixli bəyanatın mətni ilə tanış olsun, BMT TŞ-nin 1993-cü il tarixli qətnamələrini oxusun, habelə istinad etdiyi beynəlxalq hüquq prinsiplərinin mahiyyətinin nədən ibarət olduğunu öyrənsin".
Azərbaycan XİN-dən Ermənistan XİN nümayəndəsinə CAVAB



Azərbaycan XİN-dən Ermənistana CAVAB
Rəsmi Bakıdan Ermənistan XİN-ə CAVAB
XİN: Ermənistanın xarici işlər naziri xəyal dünyasından reallığa dönməlidir
Leyla Abdullayeva Ermənistanın xarici işlər nazirinə cavab verdi
XİN-dən Ayvazyanın Qarabağa qanunsuz səfərinə REAKSİYA
Lavrovla Bayramov bu məsələləri müzakirə etdi
İƏT tərəfindən Ermənistanın təcavüzünü pisləyən 80-dən artıq qətnamə qəbul edilib
Azərbaycan XİN-dən Paşinyana CAVAB
Armen Qriqoryan Xankəndiyə gəldi- BAKIDAN REAKSİYA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 