Azərbaycan Ordusunda 9 minə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Ordusunda şəxsi heyətin koronavirusa qarşı vaksinasiya olunması barədə sorğuya cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.
"Pandemiya dövründə Azərbaycan Ordusunda şəxsi heyətin sağlamlığını qorumaq və COVID-19-a qarşı təhlükəsizliyi tam təmin etmək məqsədilə Müdafiə nazirinin əmrinə əsasən müvafiq tədbirlər həyata keçirilir.
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi hərbi hissələrdə keçirilən profilaktik tədbirləri daim nəzarətdə saxlayır.
Hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə fevralın 16-dan vaksinasiya prosesinə başlanılıb.
Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyətinin vaksinasiyası Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin hərbi qulluqçularının vaksinasiyası isə müvafiq hərbi tibb müəssisələrində aparılır.
Bu günədək 9 minə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub", - deyə nazirlikdən qeyd edilib.



Azərbaycan Müdafiə Nazirliyi koronavirusa qarşı hərəkətə keçdi - RƏSMİ
Azərbaycanda hərbi qulluqçuların vaksinasiyası başlandı
Müdafiə Nazirliyi: Əskərlər üçün xüsusi rejim tədbiq olunub
Azərbaycan Ordusunda anonim sorğular keçirilir
Müdafiə Nazirliyi əsgər valideynlərinə müraciət etdi
Zakir Həsənov Laçın və Kəlbəcərdə yoxlamalar apardı
MN və Hərbi Prokurorluğun nümayəndələri hərbi hissələrdə olublar
Azad olunan ərazilərdə hərbçilərin yerləşdirilməsi davam etdirilir
Valideynlərə əsgərlərlə görüş qadağan edildi- SƏBƏB NƏDİR?
Zakir Həsənov bir qrup zabiti Qarabağa göndərdi
Azərbaycan Ordusunda andiçmə mərasimi keçirildi
Ordumuzda günün nizam qaydalarına dəyişiklik edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 