Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 266-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. ONN media fərmanın mətnini təqdim edir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 266-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram: 1. Müəyyən edilsin ki: 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.54-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Məcəllənin 164.1.54-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. 2. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12, № 12, maddə 1454; 2016, № 2 (II kitab), maddələr 261, 265, № 3, maddə 450, № 5, maddə 882, № 6, maddələr 1023, 1024, 1042, 1065, № 7, maddə 1257, № 9, maddə 1464, № 11, maddə 1838, № 12, maddə 2089; 2017, № 5, maddələr 760, 811, 845, № 7, maddə 1344, № 8, maddə 1521; 2018, № 9, maddələr 1830, 1843, № 12 (I kitab), maddələr 2571, 2599; 2019, № 8, maddələr 1396, 1407; 2020, № 5, maddə 560, №11, maddə 1356; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1242 nömrəli və 2021-ci il 29 yanvar tarixli 1265 nömrəli fərmanları) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 2.1. 1.1-ci bəndə “164.1.53-cü,” sözlərindən sonra “164.1.54-cü,” sözləri əlavə edilsin; 2.2. 1.1-3-cü maddədə “və 22-1.3-cü maddəsində (birinci və üçüncü hallarda)” sözləri “, 22-1.3-cü (birinci və üçüncü hallarda) və 164.1.54-cü maddələrində” sözləri ilə əvəz edilsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 266-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev fərman imzaladı



Bu gün Milli Məclis toplaşır: 19 məsələ müzakirə olunacaq
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
Milli Məclis bu gün 30 məsələyə görə toplanır
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Milli Məclisin iclası başladı
Deputatlar 13 məsələni müzakirə edəcək
İlham Əliyev fərman imzaladı
Milli Məclisin növbəti iclası başlayıb
Deputatlar bu gün 17 məsələni müzakirə edir
İlham Əliyev fərman imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 