Teatrların açılması ilə bağlı Operativ Qərargahla müzakirələr davam etdirilir, pandemiyanın dinamikası hər zaman nəzərdən keçirilir.
ONN media xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Anar Kərimov Milli Teatr Günü münasibətilə keçirilən tədbirdə deyib. Nazir bildirib ki, dinamika aşağı düşərsə, karantin qaydalarına riayət etməklə teatrların açılması mümkün ola bilər: "Oturacaqlarda məhdudiyyətləri və sosial məsafəni gözləməklə bəzi ölkələrdə teatrlar artıq açılıb. Bizdə də qərar qəbul edilsə, o təklifləri irəli sürəcəyik".
Daha sonra nazir məşhur türk rejissor Osman Sınavın Vətən müharibəsi mövzusunda film çəkəcəyi xəbərlərinə münasibət bildirib: "Türkiyədə film şirkətləri ilə görüşümüz oldu. Müzakirələrdə qərar verdik ki, bu filmlər Azərbaycan və Türkiyənin birgə istehsalı ilə ərsəyə gələcək. Həm Azərbaycan, həm də Türkiyə aktyorları çəkiləcək. Hələ ki, konkret rejissor adı çəkmək doğru deyil. Çünki bununla bağlı qərar verilməyib. Biz təklif olunan layihələri nəzərdən keçirəcəyik. Ancaq layihənin hansı formatda olacağını demək çox tezdir. Yekunda ən optimal və ən yaxşı variantı seçəcəyik. Nə aktyorlarımız, nə də rejissorlarımız kənarda qalacaq".
A.Kərimov İrəvan Dövlət Dram Teatrında əslən Qərbi Azərbaycandan olan aktyorlarımızın fəaliyyət göstərməməsi ilə bağlı verilən suala isə belə cavab verib: "Bu məlumat məndə yox idi. Bunu nəzərdən keçirib məlumat verəcəyik".



Osman Sınav Azərbaycanla bağlı film çəkəcək
Azərbaycanda ICESCO-nun regional ofisi açılacaq - Anar Kərimov
Gələn ilə Qarabağla bağlı bədii film çəkiləcək
Laçında Turan Film Festivalı keçiriləcək
Məşhur serialla bağlı qərar dəyişdirildi
Teatr Forumu bu tarixlərdə keçiriləcək
Avqustun 17-də metro fəaliyyətini bərpa edəcəkmi? – “Hazırlıq işləri görülür” – AÇIQLAMA
Arzu Əliyevaya “Şərəf mükafatı” verildi
Nazir bəzi muzeylərin fəaliyyətini tənqid edib
Bakıda Müstəqil Teatrlar Festivalına start verildi
Mədəniyyət naziri Akademik Milli Dram Teatrının yaradıcı heyəti ilə görüşdü
Azərbaycan filmləri “Netflix” vasitəsilə dünyaya çatdırmalıdır - TƏKLİF
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 