Ölkəmizin elm adamları və naşirlərindən ibarət nümayəndə heyəti VI İstanbul Beynəlxalq Naşirlər Görüşündə iştirak edir. ONN media xəbər verir ki, martın 9-da işə başlayan tədbirin ikinci günündə nümayəndə heyətimizin işgüzar görüşləri keçirilib, əməkdaşlıq əlaqələrinin qurulması və Azərbaycan kitabının tanıdılması işinə töhfə olacaq razılaşmalar əldə edilib. Görüş çərçivəsində "Azərbaycan ədəbiyyatı və Nizami Gəncəvi" mövzusunda elmi seminar təşkil olunub. Bakı Yunus Emrə İnstitutunun direktoru Selçuk Karakılıçın moderatoru olduğu tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənov və yazıçı Azad Ağaoğlu dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığı ilə bağlı aparılan tədqiqat işləri, nəşr olunan kitablar, həmçinin Azərbaycan klassik və müasir dövr romanları haqqında məlumat veriblər. Ölkəmizlə bağlı daha bir tədbir Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin iştirakı ilə gerçəkləşib. Türkiyənin "April" nəşriyyatının əməkdaşı Nazlı Berivan Ağ yazıçının türk dilində nəşr olunan kitabları haqqında tədbir iştirakçılarına məlumat verib. Çingiz Abdullayev öz yaradıcılığı və Azərbaycan-Türkiyə ədəbi əlaqələri barədə sualları cavablandırıb. Beynəlxalq tədbir çərçivəsində həmçinin Bakı Yunus Emrə İnstitutunun əməkdaşı Nuranə Tağıyevanın moderatorluğu ilə onlayn formatda tanınmış gənc yazarlarımız Aqşin Yenisey, Ramil Əhməd və türk ədəbiyyatı üzrə tədqiqatçı Mehdi Gəncəlinin iştirakı ilə müasir Azərbaycan ədəbiyyatına dair videokonfrans təşkil olunub. Azərbaycanın fəxri qonaq ölkə kimi qatıldığı VI İstanbul Beynəlxalq Naşirlər Görüşü martın 11-də başa çatacaq.
İstanbulda Azərbaycan ədəbiyyatına həsr olunan tədbirlər keçirildi



Yunus Oğuzun “Səfəvi Şeyxi” romanı təqdim olundu - FOTOLAR
Nizami Gəncəvi Beynəlxalq Forumu fəaliyyətə başladı
AMEA-nın Humanitar Elmlər Bölməsinin büro iclası keçirilib
Gülnar Qasımlıya yeni vəzifə verildi
Orfoqrafiya lüğətinin siqnal nüsxəsi çapdan çıxdı
Yunus Oğuzun "Cığır" romanı işıq üzü görüb
Yunus Oğuzun "Cığır"ı Qəbələdə
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
QHT nümayəndələri Nizami Gəncəvinin məqbərəsi və Nizami Gəncəvi muzeyini ziyarət ediblər
Nizami festivalı keçiriləcək
İlham Əliyevdən İrana "sərt mesaj"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 