“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsviri və onların təchizat Norması” təsdiq edilib.
ONN media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar Prezidentin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 5.16-cı bəndinə əsasən hazırlanıb. Qərar Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsvirini və onların təchizat normasını müəyyən edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi iki ay müddətində xüsusi geyim formasının daşınması qaydalarını təsdiq etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməli, eləcə də Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq, bu Qərarla təsdiq edilmiş normalar üzrə təminatın hər il 31 dekabr vəziyyətinə dair hesabatını növbəti ilin fevral ayının 15-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
İşçilərinin xüsusi geyim forması ilə təmin edilməsi xərcləri dövlət büdcəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saxlanılması üçün nəzərdə tutulmuş vəsaitlər və “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu”nun vəsaitləri hesabına həyata keçiriləcək.



Bu nazirliyin strukturunda dəyişiklik edildi
Gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması dəyişdirilir - FƏRMAN
Bu nazirliyin işçilərinin say həddi müəyyənləşdi - FƏRMAN
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri artırılıb
Baş nazirdən agentliklə bağlı qərar
Əli Əsədov qərar imzaladı
Prezidentdən ETSN-lə bağlı FƏRMAN
İlham Əliyevdən Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə bağlı - SƏRƏNCAM
Nazirlər Kabineti daha bir nizamnaməni təsdiq etdi
Əli Əsədov qərar imzaladı
Əli Əsədov qərar imzaladı
İki nazirlik hərəkətə keçdi- SƏBƏB NƏDİR?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 