Dövlət İmtahan Mərkəzində (DİM) müvafiq sanitar-gigiyenik qaydalara uyğun SAT və TOEFL iBT imtahanları keçirilib. DİM-dən ONN media -ya bildirilib ki, koronavirusla (COVID-19) əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub. SAT imtahanında 3 əcnəbi olmaqla 58 nəfər iştirak edib. İmtahan nəticələrinin martın 26-dan etibarən elan olunması gözlənilir. Növbəti SAT (SAT Subject) imtahanı mayın 8-də keçiriləcək. SAT imtahanına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar. TOEFL iBT imtahanında isə 1 əcnəbi olmaqla 14 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər. Növbəti TOEFL iBT imtahanının martın 27-də keçirilməsi nəzərdə tutulur.
DİM-də TOEFL iBT və SAT imtahanları keçirildi



DİM TOEFL imtahanı ilə bağlı məlumat yaydı
DİM-də GRE imtahanı keçirildi
DİM bir nəfər üçün imtahan keçirdi
Bugün TOEFL və SAT imtahanları keçirilib
DİM dövlət qulluğuna qəbul imtahanı keçirəcək
Sabah TOEFL IBT imtahanı keçiriləcək
Dövlət qulluğuna qəbul üçün imtahanlar başa çatdı
İmtahan nəticələri bu tarixdə ELAN OLUNACAQ
Qızdırması olan 4 şagird imtahana buraxılmadı
Sınaq imtahanları keçirildi
Bu gün TOEFL IBT və SAT imtahanları keçirəcək
Bu gün keçirilən imtahanın nəticəsi nə vaxt açıqlanacaq?
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 