"Özüm də hadisə yerində olmuşam. Ülkər Hacıyevanın vəfat etdiyi evdə partlayış izi görünürdü".
ONN media xəbər verir ki, bunu "Report"un Şimal bürosuna Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri İnqilab Musayev deyib.
Onun sözlərinə görə, məktəb direktorunun meyitini yaşadığı evdə həmkarları görüblər: "1976-cı il təvəllüdlü Ülkər Vəliyyəddin qızı Hacıyeva 10 ildən çoxdur ki, rayonun Alıcqışlaq kənd tam orta məktəbin direktoru işləyirdi. Rayon mərkəzindən kəndə məsafə uzaq olduğundan, işə getmək üçün bir neçə həmkarı ilə maşın tutub gedirlər. Səhər saatlarında həmkarları işə getmək üçün ona bir neçə dəfə zəng etsələr də cavab verməyib. Daha sonra qohumları ilə əlaqə saxlayan həmkarları onun yaşadığı evə giriblər. Evdə Ülkər Hacıyevanın meyitini görüblər".
İ.Musayev əlavə edib ki, hadisəni eşidəndən dərhal sonra məktəb direktorunun yaşadığı evə gedib: "Mən özüm də hadisə yerində olmuşam. Ülkər Hacıyevanın vəfat etdiyi evdə partlayış izi görünürdü. Deyilənə görə, su qızdırıcısı içəridə partlayıb. Hazırda meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə yerləşdirilib. Ekspertizanın rəyindən sonra ölümün dəqiq səbəbi məlum olacaq".
Qeyd edək ki, Hacıyeva Ülkər Vəliyyəddin qızı subay olub və tək yaşayırmış.



SON DƏQİQƏ: Məktəb direktoru evində ölü tapıldı
Övladı birinci sinifə gedəcək valideynlərin NƏZƏRİNƏ
Son Zəng günü direktorun burnunu sındırdılar?
Azərbaycanda tükürpədən olay- Evdən elə birşey tapıldı ki...
Direktordan ibrətamiz ADDIM: Məktəbdə müəllimənin uşağına baxır o, isə dərsini keçir - FOTO
Bakıda ailə faciəsi törədən şəxsin aqibəti necə oldu?
Bakıda məktəb direktorunun oğlu faciəvi şəkildə öldü
Azərbaycanda bu vəzifəli şəxslər koronaya yoluxdu
Səsyazısı yayılan məktəb direktoru ilə bağlı araşdırmalara başlanıldı RƏSMİ
Hamilə qadının qəfil ölüm səbəbi bəlli oldu
“Baku Medical Plaza”nın etirafı - "Ölən qız..."
Quba sakini yaşadığı evdə özünü asdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 