Bakıda ərini öldürməkdə ittiham edilən 41 yaşlı Günay Şıxəliyeva barəsində məhkəmə qərarı verilib. ONN media xəbər verir ki, istintaq orqanının təqdimatı ilə Suraxanı rayon məhkəməsi G.Şıxəliyeva barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, istintaq təcridxanasına köçürülüb. G.Şıxəliyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilir. Rəsmi açıqlamaya görə, martın 7-də Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində 1980-ci il təvəllüdlü Günay Şıxəliyeva əri, 1976-cı il təvəllüdlü Mahir Şıxəliyevi yaşadığı evdə yatmış vəziyyətdə dəmir linglə başından vuraraq öldürüb. Ailəni tanıyan şəxslər və qonşuların iddiasına görə, alkoqol aludəçisi olan Mahir Şıxəliyev dəfələrlə həyat yoldaşını döyüb. Uzun müddətli döyülmələrə görə Şıxəliyevanın bədən orqanları ciddi zərər görüb, qabırğaları sınıb. Cinayət faktı ictimailəşəndən sonra şiddətə məruz qalan qadına qarşı sosial şəbəkələrdə müxtəlif səviyyələrdə anlayış ifadə olunur. Qətli özünümüdafiə zəminində törətdiyinə görə qadın barəsində yüngülləşdirici hökm verilməsinə və hətta bəraət almasına çağırışlar da edilir. (qafqazinfo.az)
Ərini öldürən qadın barədə QƏRAR VERİLDİ



FİLM KİMİ OLAY- Ana öz övladını zəhərlədi
Bakıda dəhşətli qəzaya səbəb olan sürücü barəsində qərar verildi
Sayt rəhbəri barəsində 3 aylıq həbs qərarı verildi
Ata Abdullayevlə bağlı qərar verildi
Məhkəmə Nərminin qatili ilə bağlı QƏRAR VERDİ
Azərbaycanda qadını öldürən polis əməkdaşı həbs edildi
Məhkəmənin qarşısında həyat yoldaşını öldürən şəxslə bağlı YENİ XƏBƏR
Rəşad Dağlı istintaq təcridxanasına köçürüldü
Bakıda qardaşını amansızlıqla öldürən şəxslə bağlı YENİ XƏBƏR
Azərbaycanda evə basqın edən quldur qadını öldürdü
Azərbaycanda ŞOK OLAY: Kişi arvadını “Tik-Tok”a görə döydü
Bakıda kriminal avtoritetin öldürülməsi ilə bağlı YENİ XƏBƏR
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 