Bakıda 102 nömrəli tam orta məktəb və 246 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək. ONN media -ya bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Qeyd olunub ki, 102 nömrəli tam orta məktəbdə çalışan 6, 246 nömrəli məktəb-liseydə çalışan 7 müəllimin COVID-19 infeksiyasına yoluxmaları təsdiq olunub: "Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında qeyd olunan məktəblərdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub". Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. Məlum olduğu kimi, paytaxtdakı ümumi təhsil müəssisələrində normal tədris mühitinin bərpası və məktəb kollektivlərinin sağlamlığının daha etibarlı qorunması üçün 50 və daha yuxarı yaşda olan pedaqoji və texniki heyətin vaksinasiya prosesi davam edir. Sağlamlıqlarına həssas yanaşan bütün təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər. Onu da qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 316 ümumi təhsil müəssisəsində 455 994 şagirdin təlim-tərbiyəsi ilə 28 354 müəllim məşğul olur.
Daha 2 MƏKTƏB BAĞLANDI



Bu məktəblərdə də tədris bərpa edildi
Karantinə görə bağlanmış bu məktəb açılır
Bakıda koronaya görə bağlanan məktəb açıldı
Bakıda koronavirusa görə bağlanan 4 məktəb açıldı, 1-i bağlandı
Bakıda daha bir məktəb BAĞLANDI
Bakıda daha bir məktəb bağlandı
Daha bir məktəb distant təhsilə keçdi
Bakıda daha bir məktəb bağlandı
SON DƏQİQƏ: Bakıda bu məktəb koronavirusa görə BAĞLANDI - YENİLƏNDİ
Bakıda daha bir məktəb bağlandı
Bu məktəb bağlandı - SƏBƏB?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 