Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. FHN-in Mətbuat xidmətindən ONN media -ya daxil olan müraciətdə deyilir: "Hazırda bütün dünyada davam edən pandemiya fonunda ölkəmizdə də COVID-19 virusunun yayılması insanların həyat və sağlamlığı naminə Novruz bayramının bu il ənənəvi şəkildə qeyd olunmasını arzuolunmaz edir. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üçün ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, qarşıdan gələn qeyri-iş günlərini yalnız ailə üzvləri ilə keçirməyə, kütləvi məclislərdən və bir yerə toplanmaqdan çəkinməyə, şəxsi gigiyena qaydalarına riayət etməyə və qoruyucu maskadan istifadə etməyə çağırır. Həmçinin, mümkün arzuolunmaz hadisələrin qarşısını almaq üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyin vacibliyini bir daha xatırladırıq. Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!"
FHN-dən əhaliyə VACİB MÜRACİƏT



Nazirlik Novruz bayramı ilə bağlı əhaliyə müraciət etdi
Nazirlikdən hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət
Nazirlikdən hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq
FHN əhaliyə müraciət etdi
FHN hava ilə bağlı XƏBƏRDARLIQ ETDİ
Anomal istilərə görə əhaliyə xəbərdarlıq edilir
Küləkli hava ilə bağlı FHN-dən müraciət
FHN Novruz çərşənbələri ilə bağlı əhaliyə çağırış etdi
FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
FHN-dən hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT
FHN-dən əhaliyə MÜRACİƏT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 