Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Tərtər rayonları və Şuşa şəhəri ərazisində mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsi əməliyyatları aparılır.
ANAMA-dan ONN media -ya verilən məlumata görə, Bərdə-Ağdam, Füzuli (Horadiz)-Zəngilan (Ağbənd) dəmiryolu xətləri, Füzuli-Şuşa, Suqovuşan-Talış-Tapqaraqoyunlu istiqamətində avtomobil yollarının keçəcəyi ərazilər, Füzuli-Şuşa, Ağdam və Tərtər rayonunun Suqovuşan kəndinə çəkiləcək yüksək gərginlikli elektrik xəttinin keçəcəyi ərazinin, Ağdam, Qubadlı və Zəngilan rayonları ərazisində əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
Mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları əllə minaaxtarma, mexaniki minatəmizləmə maşınlarının və minaaxtaran itlərin dəstəyi ilə həyata keçirilir.
2020-ci il 27 sentyabr tarixindən etibarən aparılmış minatəmizləmə əməliyyatları zamanı 16 586 032 kv.m (1,586 ha) ərazi yoxlanılıb, 9 584 ədəd piyada və tank əleyhinə minalar, 7 081 ədəd partlamamış hərbi sursatlar aşkar olunaraq zərərsizləşdirilib.
Agentliyin məlumatında bir daha bildirilir ki, işğaldan azad edilmiş ərazilər minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərdir və təhlükəsizlik səbəbindən həmin ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qadağandır.



Azərbaycanda bir həftədə 200-dən çox mina aşkarlandı
Ötən ay 429 piyada əleyhinə mina aşkarlanıb
Azad olunan ərazilərdə 177 mina aşkarlandı
Qarabağda nə qədər mina zərərsizləşdirilib?
303 hektar ərazi minadan təmizləndi
Azad edilən ərazilərdə daha 30 mina aşkarlandı
Azad edilən ərazilərdə daha 38 mina aşkarlanıb
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 