Silahlı qüvvələr siyasi məsələlərdə neytrallığını qoruyub saxlayacaq. ONN media xəbər verir ki, bu sözləri Ermənistan Baş Qərargahının yeni rəisi Artak Davtyan yaydığı bəyanatda bildirib. O deyib ki, silahlı qüvvələr qarşısına qoyulan tapşırığı yerinə yetirəcək və Ermənistanın təhlükəsizliyini təmin edəcək. O, Baş Qərargahın baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanatından sonra situasiyanın ordu rəhbərliyində həll edildiyini, prosesin qanuni müstəviyə keçdiyini vurğulayıb: “Ermənistan silahlı qüvvələri, Konstitusiyaya uyğun olaraq hökumətə tabedir və siyasi məsələlərdə neytrallığını saxlayır, təhlükəsizliyi, Ermənistanın ərazi bütövlüyünü və toxunulmazlığını təmin edir”. Qeyd edək ki, bu gün Nikol Paşinyan Artak Davtyanın artıq Baş Qərargah rəisi vəzifəsinin icrasına başladığını bildirib. Davtyan 24 may 2018-ci ildən Baş Qərargah rəisi vəzifəsinə təyin edilmişdi. Lakin koronavirus məhdudiyyəti zamanı oğluna toy etdiyi üçün vəzifəsindən azad edilmişdi. Baş Qərargahın Paşinyana qarşı son bəyanatından sonra baş nazir Davtyanı yenidən bu vəzifəyə təyin edib.
Ermənistanın yeni Baş Qərargah rəisi bəyanat yaydı



Ermənistanın Baş Qərargah rəisi vəzifəsindən azad edildi
Sərkisyan rədd etdi, Paşinyan II təqdimat yazdı
“Qafqazdakı əsas müttəfiqimiz Ermənistandır” – Rusiya Baş Qərargah rəisi
Davtyan Azərbaycanla sərhədə gəldi: postlar gücləndirilir
Ermənistan qərargah rəisi Azərbaycanla sərhəddə
Muradov erməni qərargah rəisi ilə Qarabağda təhlükəsizliyi müzakirə etdi
Nikol Paşinyan tərəfdarları ilə İrəvanda yürüş keçirir - SON DƏQİQƏ
Qasparyan çətin durumda
Paşinyan Qasparyanın dostunu da İŞDƏN QOVDU
Paşinyanın generalından SİRLİ MESAJ: Putini izləyin
Paşinyan: “Baş Qərargah rəisi vəzifəsindən azad olunmuş sayılır”
Ermənistanın baş qərargah rəisi İSTEFA QƏRARI verib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 