Bir neçə gün əvvəl İstanbuldakı otellərdən birində gənc azərbaycanlı biznesmen Nihat Əliyev faciəli şəkildə ölüb. Bundan dərhal sonra müxalif çevrələr və KİV-lər gəncin faciəli ölümü ətrafında spekulyasiya və manipulyasiya başlatdılar. Sosial şəbəkələrdə isə həmin hadisəyə aidiyyatı olmayan videogörüntülər yayıldı. ONN media xəbər verir ki, hadisənin təfərrüatlarını öyrənmək üçün haqqin.az İstanbul polisinə müraciət edib. Polisdən bildiriblər ki, hadisə silahla ehtiyatsız davranış nəticəsində baş verib. Belə ki, silahı təmizləyərkən təsadüfi atəş açılıb və gənci ölümcül yaralayıb. Bu faciəli insidentin bütün şahidləri dindirilib. Onların ifadələrinə və həyata keçirilmiş istintaq tədbirlərinə əsasən, biznesmenin öldüyü otel nömrəsində narkotik maddə aşkarlanmayıb. İstanbul polisindən əlavə ediblər ki, məhkəmə-tibbi ekspertizası həlak olan biznesmenin qanında narkotik maddənin izlərini aşkarlamayıb. Şahidlər də bildiriblər ki, onlar Nihat Əliyevin silahından açılan təsadüfi atəşin şahidi olublar. İstanbul polisindən onu da bildiriblər ki, Nihat Əliyev yaralı halda xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Polis faciəyə səbəb olan silahın mərhum biznesmenə məxsus olduğunu təsdiqləyib, onun silahı gəzdirmək üçün qanuni icazəsi də olub. KİV-lər onu da iddia edirdilər ki, həlak olan Nihat Əliyev SOCAR-da yüksək vəzifə tutur. Lakin SOCAR-dan haqqin.az-a bildiriblər ki, Nihat Əliyev heç vaxt bu şirkətdə işləməyib. Bu informasiyanı mərhumun ailə üzvləri də təsdiqləyiblər. Bununla belə bəzi müxalif KİV-lər daha da irəli gedərək gəncin faciəli ölümünü internetin türk seqmentində yayılmış məlum videokadrlarla əlaqələndirməyə başlayıblar. İstanbul polisindən isə bildiriblər ki, əslində həmin videokadrlar İstanbulun Şişli rayonunda baş vermiş digər faciəli hadisəyə aiddir. İstintaq müəyyən edib ki, Şişlidəki otellərdən birində meyiti tapılan kişi və qadın 42 yaşlı Hiranur Korkmaz və 38 yaşlı Mehmet Osman Gürlekdir. Həmin otaqda narkotik maddə də tapılıb.
Nihat Əliyevin İstanbulda faciəli ölümünün TƏFƏRRÜATI



İran zooparkında faciəli hadisə
Əyləncənin axırı FACİƏLİ SONLUQLA BİTDİ
Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu
Kəlbəcərdə daha bir bədbəxt hadisə
“Lotu Quli”nin qətlində ŞOK GƏLİŞMƏ: Mafiya liderinin iki adamı YAXALANDI
Azərbaycanlı deputatın oğlu faciəvi şəkildə öldü
Ordumuzun zabiti faciəvi şəkildə həlak oldu
DƏHŞƏTLİ OLAY- Kişi ocağa yıxıldı
İlham Əliyev “Rossiya-24”ə müsahibə verdi- "Ötən əsrin ən böyük cinayətidir”
Məşhur müğənni səhnədə FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ – VİDEO
ABŞ-da məktəbdə atışma — Yaralılar var
Bakıda DƏHŞƏT YAŞANDI: teplovoz gənc oğlanı iki yerə böldü
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 