“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edilib. ONN media xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov fərman imzalayıb. Fərmana əsasən, Sahil Abdulla oğlu Tahirli “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin olunub. Qeyd edək ki, V.Talıbov martın 17-də Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman imzalayıb. Sahil Tahirli bugünkü təyinatadək Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb. O, 2006-cı ildə “Şərq qapısı” qəzeti redaksiyasında İctimai-Siyasi Məsələlər Şöbəsinin müdiri vəzifəsində işləyib. 2006-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində məsləhətçi, 2007-ci ildən 2011-ci ilədək Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının sədri vəzifəsində çalışıb. 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri təyin edilib. 27 mart 2013-cü ildən Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb.
Talıbovdan daha bir TƏYİNAT



Vasif Talıbov Xaliq Babayevə YÜKSƏK VƏZİFƏ verdi
Rauf Əliyevə yüksək VƏZİFƏ VERİLDİ - FƏRMAN
Naxçıvanda KİVDF yaradıldı
Vasif Talıbovdan YENİ TƏYİNAT
İlham Əliyev AzTV-yə sədr təyin etdi - Sərəncam
AzTV-nin sədri işdən çıxarıldı
Naxçıvanda yüksək vəzifəyə YENİ TƏYİNAT
Azərbaycanda YÜKSƏK VƏZİFƏYƏ TƏYİNAT oldu
Nurlan Pənahova yüksək vəzifə verildi - FƏRMAN
Naxçıvana yeni baş nazir təyin olundu
Ali məclisə yeni TƏYİNAT
Xanım prorektora yüksək vəzifə verildi - SƏRƏNCAM
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 