“Ərzaq balansının tərtib olunması Qaydası” və “Ərzaq balansının tərtibi mexanizminin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. ONN media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla ərzaq balansının tərtib olunması qaydası yeni tələblərə uyğunlaşdırılıb və tədbirlər planı üzrə ərzaq balansının tərtib olunması mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulub. Həmçinin beynəlxalq təcrübə əsasında ərzaq balansının hesablanması metodologiyasının, istehsal, idxal və ixrac olunan buğdanın təyinatı və siniflər üzrə bölgüsü barədə dəqiq məlumatları əldə etmək məqsədilə mövcud təsnifat sistemlərinin təkmilləşdirilməsi, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi” vasitəsilə buğdanın istehsalı və anbar qalıqları barədə məlumatların dəqiqləşdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcək. Bununla da ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində istifadə olunan məlumatların keyfiyyətinin daha da artırılması hesabına ərzaq məhsullarının istehsalı və təchizatı ilə bağlı effektiv qərarların qəbul edilməsinə imkan yaradacaq. Qeyd edək ki, “Ərzaq balansının tərtib olunması Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2009-cu il 20 noyabr tarixli 181 nömrəli qərarı isə ləğv edilib.
Baş nazirdən növbəti qərar



Azərbaycanda ərzaq böhranı yaşana bilər?
Azərbaycanda ərzaq qıtlığı təhlükəsi varmı?
Bu məhsulların satın alınması ilə bağlı - Qərar
Baş nazirdən bu müqavilələrlə bağlı QƏRAR
Əli Əsədov qərar imzaladı
Əli Əsədov qərar imzaladı
Qrant müqavilələrinin qeydə alınması qaydası dəyişib - QƏRAR
İlham Əliyev fərman imzaladı
Əli Əsədov qərar imzaladı
Əli Əsədov qərar imzaladı
7 iyun Ümumdünya Qida Təhlükəsizliyi Günüdür
Ərzaq məhsulları ucuzlaşacaq?- Rəsmi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 