Misirdə 22 fironun mumiyası xüsusi parad mərasimilə daşınıb.
ONN media xəbər verir ki, "Qızıl səfər" adlandırılan paradda aralarında II Ramzesin də olduğu 22 fironun mumiyası Qahirə Muzeyindən Fustat şəhərindəki Misir Milli Sivilizasiya Muzeyinin sərgi mərkəzinə antik Misir tərzində dekorasiyaya edilmiş karvanla daşınıb.
Antik hökmdarların əzəmətinə uyğun olaraq parad 21 top atəşilə ilə başlayıb. Təhrir meydanı yanından Nil çayı boyu gedən paradı Misir Prezidenti Əbdülfəttah Sisi qarşılayıb və salamlayıb. Sonra parad Misir Milli Sivilizasiya Muzeyinə doğru hərəkət edib.
Mumiyaları 60 motosiklet, 150 at və tanınmış Misir maestrosu Nadir Abbasın rəhbərlik etdiyi musiqi ansamblının müşayət edib.
Misirin 12 yüksək dövlət nümayəndələrinin iştirak etdiyi 40 dəqiqəlik tədbir dünyanın hər yerindən 200-dən çox televiziya kanalı tərəfindən yayımlanıb.
Misir Milli Sivilizasiya Muzeyi İdarə Heyətinin sədri Əhməd Qanim bunun Misir tarixində kralları bir yerə toplayan ilk parad olduğunu deyib.
Misir Turizm Nazirliyinin məlumatına görə, sözügedən mumiyalar 1871 və 1898-ci illərdə Misirin cənubunda iki qrup halında tapılıb.



Misir Prezidenti Azərbaycana səfər edəcək
Misir prezidenti Azərbaycana gələcək
Misir və Fransadan Türkiyəyə HƏMLƏ
Misir prezidenti ABŞ-a rəsmi səfərə gedib
Fironun mumiyalanmış üzü və ayaqları İLK DƏFƏ GÖRÜLDÜ - FOTOLAR
Misirdə növbəti qanlı olay: 11 ölü, 9 yaralı
Putin Sisi ilə Ukraynanı müzakirə etdi
Azərbaycan XİN Misiri təbrik edib
İlham Əliyev Sisini təbrik edib
Misir Qasımlı ilə bağlı çağırış edildi
Miri Qasımlıya hökm oxundu
Misir Mərdanovun qardaşına VƏZİFƏ VERİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 