Xalq yazıçısı Çingiz Abdullayevin Pen-Klubu cərimələnib.
İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol Səbail Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Pen-Kluba məxsus avtomobilin törətdiyi inzibati xəta elektron cihazlar vasitəsilə qeydə alınıb. DYP avtomobili idarə edən sürücüyə inzibati protokol tərtib edilməsi üçün şəxsin kimliyi ilə bağlı təşkilata sorğu göndərib.
“Pen-Klub” sorğuya qanunvericilikdə nəzərdə tutulmuş müddətdə (5 gün ərzində) cavab vermədiyinə görə, təşkilat barədə ptorokol tərtib edilib. Bu inzibati xətaya görə, 300 manat cərimə nəzərdə tutulub.
"Beynəlxalq Pen Təşkilatı - Azərbaycan Pen-Klubu" 1994-cü ildə qeydiyyatdan keçərək fəaliyyətə başlayıb və qurumun prezidenti Xalq yazıçısı Çingiz Abdullayevdir. (report)



DYP bu dövlət qurumunu cərimələdi
Azərbaycan Dəmir Yolları QSC cərimələndi
Əli Mirəliyevə cəza verildi - Bu səbəbə görə
Gömrük Komitəsi “Araz Supermarket”i məhkəməyə verdi
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
Gömrük Komitəsi Bakı Metropolitenini cərimələdi
Məşhur onlayn alış-veriş saytı cərimələndi
Sürücülərin nəzərinə: eyni protokol 20 gün sonra yenə yazıla bilər
Pensiyaçıların NƏZƏRİNƏ: Qanunvericiliyə dəyişiklik edilir
Nazirlik bələdiyyəni cərimələdi
Azərbaycanda təmizlik idarəsi təmizliyə görə cərimələndi
“Araz supermarket” cərimələndi - SƏBƏB?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 