Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq Departamentində dövlətə xəyanət faktı ilə bağlı cinayət işi çərçivəsində ilkin istintaq bitib. ONN media xəbər verir ki, bu məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İnformasiya Mərkəzi yayıb. Məlumata görə, istintaq zamanı Türkiyəni dəfələrlə ziyarət etmiş Ermənistan vətəndaşının məhz orada Azərbaycan xüsusi xidmət orqanları tərəfindən təsir altına salındığı iddia edilib. Təsir altına düşən şəxs müəyyən mükafat qarşılığında Azərbaycana vacib məlumatlar ötürməyə razılıq verib. Onun Azərbaycan xüsusi xidmət orqanlarına mütəmadi olaraq Ermənistan ordusunun dövlət və hərbi sirr təşkil edən məlumatları ötürdüyü bildirilib. Bunun qarşılığında isə o, 1500 dollar mükafat alıb. Saxlanılan şəxslə bərabər Ermənistan Milli Təhlükəsizlik Xidməti onun həyat yoldaşını da məsuliyyətə cəlb edib. Ermənistan kəşfiyyatının iddiasına görə, qadın guya öz həyat yoldaşına fəaliyyətində yardım edib. Qeyd edək ki, adı açıqlanmayan şəxs bir müddət öncə saxlanılmışdı. Ümumiyyətlə isə 44 günlük müharibədən sonra Ermənistan casus ovuna çıxıb. Hətta UNİSEF-in İrəvan ofisinin rəhbəri Marian Klark-Xattinqin də Azərbaycana casusluq etdiyi iddia edilmişdi. /Axar.az/
Ermənistan “Azərbaycan casusu”nu yaxaladığını açıqladı



Erməni əsgərlərdən BİYABIRÇILIQ- SƏN DEMƏ...
Erməni mayor azərbaycana işləyirmiş?- ŞOK İDDİA
Dövlətə xəyanət edən şəxs ifşa olunaraq həbs edildi - DTX
Ermənistan ordusunda BİYABIRÇILIQ- SATQINLIQ...
İrəvanın hərbi sirri satılıb?- ŞOK İDDİA
Düşmənlə məxfi əməkdaşlıq edən şəxs ifşa edildi - DTX
Ermənistan MTX-nin sabiq direktoru İNTİHAR ETDİ
Ermənistan əsgərimizin saxlanıldığını açıqladı
Paşinyan rusiyayönlü deputatların həbsinə hazırlaşır
Dövlətə xəyanət edən şəxs tutuldu
Ermənilər Tavuş istiqamətində bir azərbaycanlını əsir götürdülər – TƏCİLİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 