Aprelin 8-də saat 14 radələrində Ağcabədi rayonunun “Haramı” adlanan ərazisində 1981-ci il təvəllüdlü Elbrus Camal oğlu Yusifovun elektrik dirəyindən yıxılması nəticəsində almış olduğu xəsarətdən hadisə yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağcabədi rayon prokurorluğunsan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Ağcabədi Elektrik şəbəkəsində elektrik avadanlığı işləri mütəxəssisi işləyən Elbrus Yusifov qeyd edilən ərazidə yüksək gərginlikli elektrik xəttinin bağlandığı dirəklərə bərkitmə işlərinin aparılması zamanı yıxılıb və baş nahiyəsindən aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri tədbirlər yerinə yetirilib. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
"Azərişıq" əməkdaşı elektrik dirəyindən yıxılıb öldü



Bakıda iş yerində QORXUNC OLAY: Mişar başını kəsdi
Bakıda daş karxanasında ÖLÜM OLAYI
Abşeronda asfalt-beton zavodunda qorxunc hadisə - FƏHLƏ ÖLDÜ
MMC-də ÖLÜM OLAYI: cinayət işi başlanıldı
“Azərişıq” ASC-nin əməkdaşı faciəvi şəkildə ölüb
Prokurorluq Nərimanovdakı hadisə ilə bağlı MƏLUMAT YAYDI
Bakıda fəhləni elektrik cərəyanı vuraraq öldürdü
Bakıda Gürcüstan vətəndaşı QƏTLƏ YETİRİLDİ
Bakıda zavodda faciəvi hadisə - ÖLƏN VAR
Bakıda tikilən "Xəyal Adaları"nda dəhşətli hadisə - ÖLƏN VAR
Azərbaycanda həkim səhvi ölümə səbəb oldu
Mebel sexində ÖLÜM OLAYI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 