Prezident İlham Əliyev “Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: “Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1226; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin: “2. Müəyyən edilsin ki: 2.1. Balaxanı Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, yaşıl biznesin inkişafına kömək edən ərazidir; 2.2. resurslardan davamlı və səmərəli istifadəni təmin etmək və tullantıları minimuma endirmək məqsədilə Balaxanı Sənaye Parkının ərazisində istehsal müəssisələri, eləcə də tullantıların emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılır.”.
Prezident sərəncam imzaladı



İlham Əliyev iki sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Mikayıl Cabbarova yeni VƏZİFƏ VERİLDİ - SƏRƏNCAM
Prezidentdən SOCAR-la bağlı 1 fərman, 1 sərəncam
İlham Əliyev fərman imzaladı
Şahin Mustafayevə yeni VƏZİFƏ VERİLDİ - SƏRƏNCAM
İlham Əliyev 2 fərman imzaladı
Prezident Mikayıl Cabbarova YENİ VƏZİFƏ VERDİ - SƏRƏNCAM
Prezident Natiq Əmirova yeni vəzifə verdi - SƏRƏNCAM
İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı
Dövlət Komissiyasının tərkibində dəyişiklik edilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 