Aprelin 9-da saat 18 radələrində Füzuli rayonu ərazisində polis əməkdaşı və onunla birlikdə xidmət aparan hərbi qulluqçuya qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Füzuli rayon prokurorluğundan bildirilib ki, araşdırmalarla 1983-cü il təvəllüdlü Fərzəliyev Zamiq Nurəli oğlunun idarə etdiyi minik avtomobili ilə sərnişin, 1984-cü il təvəllüdlü Əhmədov Zamir Vaqif oğlu ilə birlikdə işğaldan azad edilmiş olunmuş ərazilərdən əlvan metal toplayıb geri qayıdarkən rayonun Yuxarı Seyidəhmədli kəndi ərazisində xidmət aparan Füzuli rayon Polis Şöbəsinin əməkdaşı Elməddin Abbasova və müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu Yusif Şərbətlinin avtomobili saxlaması barədə qanuni tələbinə məhəl qoymayaraq məsuliyyətdən yayınmaq üçün avtomobili onların üzərinə sürüb hər ikisinin ayaq nahiyəsindən vuraraq hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərib hadisə yerindən qaçmalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisə yerinə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Zamiq Fərzəliyev və Zamir Əhmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara Cinayət Məcəlləsinin qeyd edilən maddib.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Komendant postunu icazəsiz keçmək istəyən şəxs polisə xəsarət yetirdi - RƏSMİ
Azad olunmuş əraziyə keçmək istəyən şəxs avtomobillə polisi vurub qaçdı
SON DƏQİQƏ: Polis əməkdaşı Füzulidə minaya düşdü
Azərbaycanda yas mərasimində polis sahə rəisi döyüldü
Füzulidə minaya düşənlərlə bağlı cinayət işi başlanıldı
Füzulidə bir nəfər minaya düşdü
SON DƏQİQƏ: Vətən müharibəsi zamanı atılan BOMBA PARTLADI - YARALANAN VAR
Füzulidə 3 nəfər minaya düşdü
Füzulidə pikap aşdı: ölən və yaralananlar var
Minaya düşən polislə bağlı xəbər var
Goranboyda sürücü ilə yol polisləri arasında İNSİDENT
Prokurorluq Füzulidəki mina partlayışı ilə bağlı məlumat yaydı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 