“Albert Rıjiy” ləqəbli “qanuni oğru” Əli Heydərovu öldürməkdə şübhəli bilinən Mətləb Sultanovun bunu pul müqəbilində etdiyi məlum olub. ONN media xəbər verir ki, bu barədə Rusiyanın Ren TV kanalı məlumat yayıb. Saxlanılan vaxt açıqlama verən M.Sultanov “Albert Rıjiy”ni sifariş əsasında öldürmədiyini bildirib. O, qətli törətməyin ilkin səbəbi kimi kriminal avtoritetin ona söyüş söyməsini göstərib. Lakin telekanalın verdiyi məlumata əsasən, Əli Heydərovun qətli üçün Mətləbə 1.5 milyon rubl (təxminən 34 min manat) verilib. O, bu vəsaitlə Albertin yaşadığı “Al yelkənlər” yaşayış kompleksində mənzil kirayələyib, özü və rəfiqəsini binadakı idman zalına yazdırıb. Həmçinin, qatil cinayətdən sonra gizlənmək üçün ehtiyat mənzil də kirayələyib və elə həmin mənzildə də saxlanılıb. “112” “Telegram” kanalının məlumatına görə qatil mərhumu bir il ərzində izləyib və şifarişçilərdən əmr gözləyərək uyğun anı seçib. O, bu müddət ərzində şəxsi həyatına da vaxt ayırmağı unutmayıb. Belə ki, Əli Heydərovla eyni binada qalan Mətləb həmin mənzildə yaxın münasibətlərdə olduğu xanımla birlikdə yaşayıb. Qadın Sultanovun əslində kim olduğunu bilməyib. Mətləb özünü ona iş adamı kimi təqdim edib. Hazırda xanımın hamilə olduğu bildirilib. / Oxu.az
Azərbaycanlı kriminal avtoritetin qətli üçün nə qədər ÖDƏNİLİB?



SON DƏQİQƏ: Azərbaycanlı kriminal avtoritet Rusiyada QƏTLƏ YETİRİLDİ
"Albert Rıjı"nı öldürən şəxs GÖRÜN KİM İMİŞ - Hər şeyi danışdı - VİDEO
Əli Heydərovu öldürən şəxsi yeni görüntüləri - VİDEO
Albert Rıjiy dəfn edildi
Azərbaycanlı “qanuni oğru”nun qatili ilə bağlı şok fakt: Bacısını öldürüb, ərinin isə…
Albert Rıjının qətlinin sifarişçisi Lotu Qulinin qardaşıdır - ŞOK İDDİA
Məşhur müğənnilərin öldürülən “qanuni oğru” ilə FOTOSU yayıldı
Gəncəli Alberti öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı
Kriminal avtoritetin qardaşı öldürüldü
Lotu Qulinin qətli necə baş verib? – VƏKİL AÇIQLADI
"Albert Rıjının" ölümündən sonra KRİMİNAL ALƏMDƏ NƏLƏR GÖZLƏNİLİR
Azərbaycanlı “qanuni oğru”ların ən səs-küylü qətlləri – VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 