Nazirlər kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib. ONN media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert büdcə gəlirlərinin təsnifatına daxil edilib. Bundan başqa, qərarda deyilir ki, bu gəlirlər faizlərdən, dividendlərdən, dövlət mülkiyyətində olan müəssisələrin mənfəətindən ayırmalardan, Azərbaycan Mərkəzi Bankının mənfəətindən ayırmalar, Azərbaycan Dövlət Neft Fondundan daxilolmalar, sığorta təşkilatlarından ayırmalar, icarə haqqı, sərbəst qalıq vəsaitlərinin idarə edilməsindən daxilolmalar və Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert üzrə daxilolmalardan ibarətdir. Sərbəst qalıq vəsaitlərinin idarə edilməsindən daxilolmalar dedikdə, sərbəst qalıq vəsaitlərinin idarə edilməsi və ya etibarlı idarəetməyə verilməsindən dövlət büdcəsinə daxil olan vəsaitlər nəzərdə tutulur. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert dedikdə, dövlət borcuna xidmət xərclərinin müvafiq büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulandan artıq olan hissəsinin və dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün dövlət büdcəsinin tərkibində məqsədli büdcə fondu kimi yaradılan Təminat Fondundan daxilolmalar nəzərdə tutulur.
Əli Əsədov bu qərara dəyişiklik etdi



Baş nazir cərimələrlə bağlı qərar imzaladı - SON DƏQİQƏ
Avtomobillərlə bağlı yeni tələb
Dövlət borcu üzrə öhdəliklərin Təminat Fondu icmal büdcədən çıxarılır
Ölkə başçısı dövlət büdcəsinin icrası haqqında qanunu imzaladı
Novruz Məmmədov bu qaydalara dəyişiklik etdi
“Azərbaycan” Nəşriyyatı kommersiya qurumuna çevrilib
Baş nazirdən Şərqi Zəngəzurla bağlı qərar
Baş Nazir 22 il əvvəl qəbul edilən qərarı dəyişdirdi
Əli Əsədov qərar imzaladı
Qoruqları İdarəetmə Mərkəzi ilə bağlı yeni qərar
Dövlət orqanlarının saytları qarşısında yeni tələb qoyuldu
“Azərbaycan” nəşriyyatı 4 milyonluq kapitalla qeydiyyata alındı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 