Bakıda Hərbi Qənimətlər Parkı açıldı və hamının diqqəti oraya yönəldi. Bu mənada 22 iyun 1943-cü ildə Moskvada açılmış analoji sərgini xatırlamaq pis olmaz idi. ONN media bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert Aleksey Xlopotov bildirib. “Moskvada bu muzey açılanda hələ müharibə gedirdi. Amma sovet xalqı artıq öz qələbəsinə əmin idi. Azərbaycan xalqı 30 il erməni işğalına dözüb, ermənilərin azərbaycanlı dinc əhalisi üzərində yaşatdığı soyqırımı 30 ildir qəlbində daşıyıb. Nəhayət, qələbə! Özü də təmiz, total, dürüst qələbə! Niyə onda Azərbaycan xalqı belə bir sərgi şəklində bu qələbəni əbədiləşdirməsin?” - deyə müsahibimiz qeyd edib. Onun sözlərinə görə, ermənilərin isteriyasını başa düşmək olar: “Onlara döyüş zamanı dəbilqələrini atılıb qaçan əsgərlərini yada salmaq, yandırılmış texnikalarına baxmaq, həlak olmuş əsgərlərini xatırlamaq çətin və xoşagəlməzdir. Ancaq bu, erməni əsgərlərinin kəllələri deyil. Amma biləsiz ki, ermənilərin vəhşiliklərindən sonra Bakı dəbilqə sərgisi yox, kəllə sərgisi də edə bilərdi. Lakin bu, artıq bir şeydir. Azərbaycan heç vaxt vəhşilik etməyib. Bilirsiz nədən bu muzey mövzusu ermənilərə bu qədər pis təsir edib? Axı ermənipərəst mətbuat müharibədən əvvəl erməni əsgərlərinin obrazını “qüdrətli aslanlar” kimi təqdim edirdi. Bəs necə oldu bu “aslanlar” qorxaqcasına dəbilqələrini atıb qaçdı? Məgər Ermənistanda bilmirdilər ki, Azərbaycan öz əzəli torpaqlarını qaytarmaq əzmindədir? Bilirdilər. Onlar əla bilirdilər ki, Bakı milyonlarla pulu təkcə təhsilə, tibbə deyil, həm də silah alınmasına, öz ordusunun təlimlərinə xərcləyib. Bəs onda ermənilər öz əsgərlərinin ərzaqlarını nyə oğurlayırdılar? Ermənilər nə üçün ordu hazırlamaq əvəzinə Moskvada bazarlar və supermarketlər tikirdilər? Nə üçün daim silahlı təxribatlar törədirdilər? Ermənilərin incikliyi üçün bəhanəsi var, ancaq bu inciklik Azərbaycana qarşı yox, özlərinə olmalıdır. Nə baş verdiyinə baxın - atəşkəs haqqında razılaşmadakı mürəkkəb qurumağa macal tapmamış, azad edilmiş Azərbaycan ərazisində ermənilərin silahlı diversant dəstələri peyda oldu, bütün erməni interneti isə revanş haqqında yazmağa başladı. Baxın indi, cənab revanşistlər, həmin bu qəbilqələrə diqqətlə baxın. Ermənistan yaddan çıxarmamalıdır ki, əgər yenidən Azərbaycan xalqına qarşı qalxarsa, aqibəti nə olacaq. Heç nə, sadəcə muzeyin eksponatları çoxalacaq”.
Hanı erməni “aslanlar”? Dəbilqəni atıb qaçdılar - Xlopotov



Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə... - Prezident
İlham Əliyev ELAN ETDİ: Erməni xalqı da belə yaşayacaq
Akopcanyan: Əgər Bakını qəzəbləndirsək...
Erməni əsgərləri sənədlərini belə atıb qaçdılar - FOTO
Kuznetsov AÇIQLADI: Qarabağda müharibə bu tarixdə bitəcək
BBC-nin aparıcısı Paşinyanı pis vəziyyətə saldı
Onlar əsir deyil, fəraridir – Simonyan əsgərlərini aşağıladı
Erməni əsgərləri qaçır -VİDEO
"Erməni qələbə rəmzi" Hərbi Qənimətlər Parkında
İlham Əliyev Həzi Aslanovun məzarını ziyarət etdi
İlham Əliyev: "Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir"
Tiflis də erməni şəhəridir - Akopcanyan
Sabah Azərbaycanda yağış yağacaq
Polis 8 avtomat, 2 tüfəng və 548 patron aşkarladı
Bakıda bu ərazilərdə söküntülər planlaşdırılır - ÜNVANLAR
Bulvarda klassik və sürət avtomobillərinin festivalı keçirilir
ASAN Xidmətdə çalışanların NƏZƏRİNƏ
Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
Naxçıvan sakinlərinə şad xəbər
Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı
Laçında yeni yaşayış məhəllələri salınır
"Təmiz qidalanma" trendinin təhlükəsi barədə XƏBƏRDARLIQ
Hasan Can Kaya evləndi
Marketlərdəki bu ucuz məhsul ciddi problemin dərmanı imiş
İranın nə qədər raketi qalıb? - Tramp açıqladı
Günün qoroskopu: Aktiv və praktik olun 