Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət qaydası dəyişir. ONN media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət, onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənin, qəyyumun, himayəçinin) yaşadığı ərazi üzrə ediləcək. Bundan əvvəl Əmək pensiyası hüququ olmayan (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hal istisna olmaqla) uşaqlara ailə başçısını itirməyə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslərə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin (şəhid olanların, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl AES qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl AES qəzası nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin dispanser qeydiyyatında olan 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət, onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənin, qəyyumun, himayəçinin) yaşadığı ərazi üzrə edilirdi. /Yenisabah.az/
Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət qaydası dəyişir – QƏRAR



Sosial müavinətlərin və təqaüdlərin təyin olunmasının YENİ QAYDASI
Bu uşaqlara gələn aydan PUL VERİLƏCƏK
Bu şəxslərə təqaüd verilməyəcək
Nazirlər Kabineti qərarı təsdiqlədi - Bu uşaqlara görə PUL VERİLƏCƏK
Sosial müavinətlər artırıldı - SƏRƏNCAM
ŞAD XƏBƏR - Yeni doğulan uşaqlara verilən müavinət artırıldı
Azərbaycanda bu uşaqlara PUL VERİLƏCK
Sağlamlıq imkanları məhdud uşaqların valideynlərinə şad xəbər
Müavinətlər və təqaüdlər artdı - Nazirlik
Bu gündən sosial müavinətlərin məbləği artır
Bu uşaqlara 120 manat pul veriləcək
Azərbaycanda nə qədər pensiyaçı var?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 