ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri Oruc Məmmədovun qanunsuz olaraq əlillik dərəcəsinin təyin edilməsi üçün vətəndaşdan 2 min 500 manat məbləğdə pul vəsaitini rüşvət qismində alması faktı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Cinayət işi üzrə aparılmış intensiv istintaq-əməliyyat tədbirləri ilə Oruc Məmmədovun, həmçinin, digər qanunsuz hərəkətlərə yol verməsi faktları da müəyyən edilib. Belə ki, Oruc Məmmədovun öz həqiqi təsir imkanlarından istifadə edərək koronavirus infeksiyasına (COVİD-19) yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan şəxsin Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalına yerləşdirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan 4 min manat məbləğində pul vəsaitini almasına əsaslı şübhələr yaranıb. Qeyd olunanlarla bağlı Oruc Məmmədova Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda qeyd olunan cinayət işi üzrə cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
Nazirliyin vəzifəli şəxsi həbs edildi - SƏBƏB?



Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs həbs edildi
Saxta əlilliklə bağlı 266 nəfərin sənədləri Baş Prokurorluğa göndərildi
Daha bir vəzifəli şəxs məsuliyyətə cəlb olundu
Həbs edilmiş baş həkimin işi MƏHKƏMƏDƏ
Daha bir vəzifəli şəxs rüşvətə görə tutuldu
Saxta elmi ad satan vəzifəli şəxs SAXLANILDI
Qarabağ qazisinə qarşı dələduzluq edən şəxsdən xəbər var
Azərbaycanda daha bir "vəzifəli şəxs" HƏBS EDİLDİ
BNA-nın vəzifəli şəxsləri həbs olundu
DTX bu İH-də əməliyyat keçirdi- SAXLANILAN VAR
SON DƏQİQƏ: Azərbaycanda yüksək vəzifəli şəxs tutuldu
Nazirliyin vəzifəli şəxsləri həbs edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 