Qarşıdan 24 aprel gəlir. Ermənilərin hər il hay-şüvən saldığı, tarixdə olmamış soyqırımıdan söhbət gedir. Ehtimal olunur ki, ABŞ Prezidenti Co Bayden qondarma “erməni soyqırımı” ilə bağlı səsləndirəcəyi müraciətdə “soyqırımı” ifadəsini işlədəcək. Xarici ekspertlər belə düşünür. Əgər bu baş verərsə, ABŞ-ın Türkiyə və Azərbaycanla əlaqələrinə ciddi zərbə dəyə bilər. Üstəlik, Birləşmiş Ştatlar NATO çərçivəsində Türkiyə ilə müttəfiqdir. Azərbaycanla isə Əfqanıstan və bir sıra strateji məsələlərdə tərəfdaşlıq edir. ONN media bildirir ki, Millət vəkili Aqil Abbas Publika.az-a açıqlamasında söyləyib ki, yeni Prezident seçilmiş Co Bayden “soyqırımı” ifadəsini işlədə bilməz. Deputatın fikrincə, bu, Türkiyə-ABŞ münasibətlərinə əməlli-başlı zərbə olar: “Əvvəla, tarixdə belə bir soyqırımı olmayıb. Bayden də Amerika kimi ölkənin prezidentidir. Bütün bunları yaxşı bilir. Əgər “soyqırımı” ifadəsini işlədərsə, ilk növbədə bu, onun özünə və Amerikaya böyük bir zərbə ola bilər. Mən belə düşünürəm. Hesab edirəm ki, Bayden “soyqırımı” ifadəsini işlədə və onu “tanıya” bilməz. Qondarma “soyqırımı”nın ABŞ-ın hansısa ayrı-ayrı ştatlarının tanıması da boş-boş şeylərdir. Co Baydenin “soyqırımı”nı tanıması Azərbaycan və Türkiyə tərəfdən ABŞ-a böyük zərbə ola bilər. Hətta Türkiyə NATO-dan çıxa bilər. O zaman da Birləşmiş Ştatlar üzü üstə yerdə qalacaq. Çünki ABŞ-ın əsas gücü Türkiyədədir. Birləşmiş Ştatların quru qoşunları Türkiyədir. Ümumiyyətlə, NATO-nun içərisində ən güclü, nizam-intizamlı, döyüş qabiliyyətinə məxsus ordu Türkiyənindir. Yəni ABŞ bundan imtina edərsə, Rusiyaya da uduza bilər”.
Əgər Bayden “soyqırımı” ifadəsini işlədərsə... - Aqil Abbas AÇIQLADI



Bayden “erməni soyqırımı”nı tanıyacaq – ŞOK
Niderlanddan ŞOK ADDIM: Ermənistana...
Bayden Buça qətliamını soyqırım adlandırdı
Ukrayna XİN-dən Ermənistana ZƏRBƏ - Bu ifadə qadağan edildi
Bu ölkə “erməni soyqırımı”ndan imtina etdi
Ərdoğandan Baydenə SƏRT SÖZLƏR: ermənilərin tərəfində oldu, indi isə...
Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz
Tramp yenidən prezident olsa, NATO yox olacaq - Bayden
Bayden: Putin bunun bədəlini ödəyəcək
Türk Dövlətləri Təşkilatı mart soyqırımı ilə bağlı paylaşım edib
Ərdoğan-Bayden görüşünün tarixi və yeri AÇIQLANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 