20 yaşdan yuxarı şəxslər arasında virusa yoluxanlar artmaqdadır. Hazırda ölkədə aktiv pandemiya şəraiti və ya yüksək yoluxma əmsalı davam edir. Sevindirici hal odur ki, qarşıdan yay gəlir, artıq vətəndaşlar qapalı məkanlarda nisbətən az toplaşacaqlar. Bu faktor COVID-19 infeksiyasının yayılmasının qarşısını alacaq. ONN media xəbər verir ki, bu barədə TƏBİB-in eksperti, həkim-infeksionist Nəzrin Mustafayeva deyib. Həkim qeyd edib ki, insanlar arasında kontakt nə qədər az olarsa, yoluxma ehtimalı bir o qədər azalar: “İsti hava şəraiti məhz bunun üçün əlverişli fürsətdir, eyni zamanda vurğulamaq istərdim ki, vaksin olunmuş şəxslər də vaksin olunmamış şəxslər qədər xəstəliyə yoluxa bilərlər. Lakin vaksin olunanlar virusu daha yüngül keçirəcəklər, xəstəxanaya yerləşdirilməkdən qurtulmuş olacaqlar. Vaksinasiyadan təxminən bir ay sonra bədəndə antikorlar formalaşır, ikinci dozadan sonra xəstəliyə qarşı immunitet yaranır. Vaksinasiyanın uğurla aparılması bizim kollektiv immunitetə çatmağımız yolunda çox mühüm addımdır. Dünyada pandemiyaya qarşı vaksinasiyadan uğurlu addım yoxdur. Odur ki, insanlar bu məsələdə tədbirli davranmalıdır. Əgər peyvənd olunanlarla yoluxanların sayı ümumi əhalinin 70-75 faizini təşkil edərsə, o zaman koronavirus təhlükəsinin sovuşacağı və bəzi məhdudiyyətlərin aradan qalxacağı ehtimal olunur”.
20 yaşdan yuxarı şəxslərdə koronaya yoluxma artır - Həkim



Birinci doza vaksin vurduranların nəzərinə: Diqqətli olun!
3-cü doza peyvənd kimlər üçün vacibdir? - TƏBİB
Bu şəxslər koronavirusu yüngül keçirir
Uşaqların vaksinasiyası ilə bağlı TƏBİB-dən açıqlama
Azərbaycanda məhkumların 98 faizi vaksin olunub
Qızılca və məxmərək sürətlə artır?.. – Nazirlik açıqladı
Vaksin tapılana qədər koronavirus yox olacaq
“Ölkədə ayrı virus yayılıb, bu, koronavirus deyil“ - Rəşid Mahmudov
Nə üçün 3-cü doza vaksin vacibdir?
Gənc yaş qruplarında yoluxma halları artır - Ramin Bayramlı
Bakıda yoluxma niyə sürətlə artır? – Həkim açıqladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 