Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini İqor Jovkva Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə onlayn məsləhətləşmələr aparıb. ONN media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi məlumat yayıb. Tərəflər COVID-19 pandemiyasının yayılmasına qarşı mübarizə və vətəndaşların peyvəndlənməsi üzrə Ukraynada və Azərbaycanda görülən tədbirləri müzakirə ediblər. Prezident Ofisi rəhbərinin müavini Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün daim dəstəklənməsinə görə Azərbaycana təşəkkürünü bildirib. Prezidentin köməkçisi Hikmət Hacıyev 2020-ci ildə təsdiq edilmiş Ukraynanın Milli Təhlükəsizlik Strategiyasında Azərbaycan Respublikasının Ukraynanın strateji tərəfdaşları siyahısına daxil edilməsini yüksək qiymətləndirib. O, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsində qətiyyətli mövqe tutan Ukraynaya təşəkkürünü bildirib. Tərəflər Qarabağ regionunda təhlükəsizliklə bağlı cari vəziyyəti müzakirə edib, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpasına Ukraynanın verə biləcəyi töhfə barədə fikir mübadiləsi aparıblar. İqor Jovkva və Hikmət Hacıyev cari ildə yüksək səviyyəli ikitərəfli dialoqla bağlı növbəti tədbirlər barədə razılığa gəliblər.
Azərbaycan və Ukrayna arasında məsləhətləşmələr keçirildi



Hikmət Hacıyev Vasili Bodnar ilə görüşdü
Hikmət Hacıyev Bağdad Amreyevlə görüşdü
Ukrayna Prezident Ofisi: "Referendum keçiriləcək"
Hikmət Hacıyev NATO rəsmisilə görüşdü
Məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün müdafiəsidir - Prezidentin köməkçisi
Hikmət Hacıyev səs verdi
Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə görüşəcək
Ukrayna Prezidenti İlham Əliyevə zəng etdi
Zelenskidən Azərbaycanla bağlı VACİB QƏRAR
Ukraynadan QARDAŞ DƏSTƏYİ: Xarici siyasətimizin təməl daşıdır
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 