Aprelin 24-də Baş nazir Əli Əsədov Səhiyyə nazirinin birinci müavini Teymur Musayevi nazirliyin kollektivinə təqdim edib.
Səhiyyə Nazirliyindən ONN media -ya verilən məlumata görə, tədbirdə nazirliyin kollegiya üzvləri iştirak ediblər.
Baş nazir Əli Əsədov çıxış edərək dövlət başçısının aprelin 23-də imzaladığı sərəncamları diqqətə çatdırıb. Teymur Musayevi təyinat münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Teymur Musayev bir sıra məsul vəzifələrdə fəaliyyət göstərib. Bu sahədə təcrübə, səriştə və idarəçilik bacarığına malikdir. Dövlət başçısının müvafiq sərəncamına əsasən, Teymur Musayevin həmçinin Səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edəcəyini vurğulayan Əli Əsədov onun bu yüksək etimadın öhdəsindən gələcəyinə ümidvar olduğunu bildirib. Qeyd edib ki, nazirlik sistemində, ayrı-ayrı sahələrdə başlanan islahatlar prosesi davam etdirilməlidir.
Baş nazir Teymur Musayevə və nazirliyin kollektivinə qarşıda duran vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb.
Təqdimat mərasimində çıxış edən Teymur Musayev ona göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Teymur Musayev qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu gün bütün sahələrdə gənc, peşəkar, vətənsevər kadrlara etimad göstərilir. Fəaliyyəti zamanı dövlətçilik, yüksək peşəkarlıq, şəffaflıq və ədalət prinsiplərini daim özünə rəhbər tutacaq.



Nazir əvəzi açıqladı: Səhiyyə sistemində islahatlar aparılacaq
Anar Kərimov kollektivə təqdim olundu
SON DƏQİQƏ: İlham Əliyev onu NAZİR TƏYİN ETDİ
Prezident Şirəliyevin vəzifəsini ona tapşırdı
Teymur Musayev məşhur direktoru işdən çıxardı
Teymur Musayev vətəndaşlara müraciət etdi
Açıq havada maska taxmaqla bağlı YENİ AÇIQLAMA
Azərbaycanda meymun çiçəyinə yoluxma var?
Azərbaycanın yeni baş pediatrı təyin olundu
Nazir Teymur Əhmədovu vəzifəsindən azad etdi
Teymur Rəcəbov evləndi
Azərbaycanda kütləvi vaksinasiya başlayır - BU TARİXDƏN
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 