Sabiq vergilər naziri Fazil Məmmədov üçün həbs təhlükəsi reallaşıb.
ONN media xəbər verir ki, Fazil Məmmədova yaxınlığı ilə seçilən şəxslərin təhqiqatlara məruz qalması sabiq nazir üçün böyük başağrısına çevrilib.
Söhbət Londonda gizlənərək, Azərbaycanda hüquq-mühafizə orqanlarının suallarından yayınacağını düşünən Qafar Qurbanovun qaranlıq əməllərindən gedir.
Məlumat üçün bildirək ki, onun adı sabiq vergilər naziri Fazil Məmmədovun pullarını ofşorlara daşımaqda hallanır.
Bu işdə isə onun əsas yardımçılarından biri Səbinə Şükürovadır. (indiki familiyası Sabina Derdiyok) Səbinə Şükürova Qafar Qurbanovun köməkçisi olmaqla yanaşı "Ataholdinq”in əməkdaşı olmuşdur. Qafar Qurbanov Azərbaycana gəlmədiyincə Səbinə Şükürova ilə bağlı da suallar yarandı. Hazırda isə bu işlə bağlı Fazil Məmmədova bağlılığı şübhə doğurmayan "Atabank”ın rəhbərliyi və şöbə müdirlərinin təhqiqatı başa çatıb.
"Atabank”ın bağlanmasından sonra buradakı pulların müəmmalı şəkildə "yoxa çıxması” xüsusilə diqqət çəkir və bu işdə də əslən Şəmkirin Dəllərcəyir kəndindən olan Qafar Qurbanovun adı hallanır.
Qafar Qurbanovun ətrafında təhlükəli dairənin getdikcə daralması isə sabiq vergilər naziri Fazil Məmmədov üçün heç də xoş perspektiv vəd etmir. Belə ki, Qafar Qurbanov Fazil Məmmədovun ən etibarlı adamı olmaqla, onun "sirr boxçası” kimi tanınıb. Qafar Qurbanovun qardaşı Samir Qurbanov isə Fazil Məmmədovun şəxsi mühafizəsinə rəhbərlik etmişdir.
Qafar Qurbanov eyni zamanda "Atabank" Müşahidə Şurasının üzvü olub. Onun hələ nazirin köməkçisi olduğu zamanlardan tez-tez Londona səfərləri baş verirdi.
Dünən Qafar Qurbanova aid olan 90 AA 041 nömrəli "Rənc Rover" Fazil Məmmədovun evi və ofisinin olduğu Yeni Həyat Kompeksində görünməsi Qafar Qurbanovun istintaq üçün Azərbaycana gətirildiyi versiyasını gücləndirir.
Bu gün isə Fazil Məmmədovun digər yaxın adamı və qohumu, Şəmkirin icra başçısı olan Alimpaşa Məmmədovun həbsi Fazil Məmmədovla bağlı halqanın daraldığını göstərir.(sfera.az)



Fazil Məmmədovun səhhəti pisləşdi – Xəstəxanaya yerləşdirilib
Fazil Məmmədov vəfat edib
Fazil Məmmədov dəfn edildi
Fazil Məmmədov harada dəfn olunacaq?
"Mənim atam hökumətə ləyaqətlə xidmət etdi" - Fazil Məmmədovun qızı - FOTO
“Səhhətim normaldı”- FAZİL MƏMMƏDOVDAN AÇIQLAMA
Sabiq nazirin mülkləri satışa çıxarıldı - SƏBƏBİ İSƏ...
Fazil Məmmədov infarkt keçirdi- VƏZİYYƏTİ AĞIRDIR
Azərbaycanlı sabiq nazir təcili Türkiyədə xəstəxanaya yerləşdirildi
İşdən çıxarılan generala yeni vəzifə
Fazil Qurbanov vəfat etdi
İlham Əliyev Fazil Qurbanovu “Şöhrət” ordeni ilə təltif edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 