Nazirlər Kabineti uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydaları təsdiq edib.
ONN media xəbər verir ki, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan qrup evlərinə qəbulu və qrup evlərini tərk etməsi qaydaları Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilib, həmçinin qrup evlərində uşaqlara xidmətin təşkili, onların təminatı və yaşayış şəraiti ilə bağlı məsələlər tənzimlənib.
Eyni zamanda, Qərarda uşaqların qrup evlərinə qəbulu və qrup evlərini tərk etməsinə dair zəruri sənədlərin siyahısı təkmilləşdirilib, qrup evlərində yaşayan uşaqların hüquq və vəzifələri müəyyənləşdirilib. Qrup evlərində 0-18 yaş arası uşaqlara qayğı göstərilir. Uşaqlar qrup evlərinə 6 yaşınadək qəbul edilirlər.
Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərində uşaqlar münasib yaşayış şəraiti ilə təmin olunurlar. Həmin müəssisələrdə xidmətlər psixoloqlar, sosial işçilər və sosial xidmətçilər tərəfindən həyata keçirilir.



Nazirlər Kabineti bu qərarı da təsdiqlədi
Övladlığa götürmə qaydaları DƏYİŞİR
Türkiyə-İngiltərə oyunu- Qalib kim oldu?
Bu uşaqların təhsil haqlarını dövlət ödəyəcək
Valideynlərin NƏZƏRİNƏ- Bu uşaqlar üçün pul ödəniləcək
Qəbul imtahanlarının vaxtı açqılandı
Sosial müavinətlər artırıldı - SƏRƏNCAM
Əlilliyin təyin edilməsi ilə bağlı yeni qaydalar təsdiqləndi
Püşk ATILDI: Azərbaycan hansı qrupa düşdü?
Vulkanla bağlı FHN-də xüsusi qrup yaradıldı
Abituriyentlərin nəzərinə: Qeydiyyat başladı!
İxtisas seçimi bu gün başa çatır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 