Gürcüstan Rusiyadan yola çıxan və güllə keçirməyən jiletlərlə yüklənmiş iki yük maşınını Ermənistana buraxmayıb. ONN media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı və Feysbuk sosial şəbəkəsində məlumatlar yayılıb. Bildirilib ki, “humanitar yük” daşıyan nəqliyyat vasitələri bir aya yaxındır Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsi yaxınlığındakı neytral zonada saxlanılır. Yük maşınları Moskvadan martın 5-də yola salınıb və martın 28-də gürcü sərhədçilər sürüclərin və yüklərin sənədlərini müsadirə edərək onların hərəkətinə qadağa qoyub. Sürücülərdən birininin sözlərinə görə, onları saxlayan gürcü sərhədçiləri yüklərin xüsusi təyinatlı olduğunu qeyd edərək Gürcüstanın Müdafiə Nazirliyindən icazənin tələb edildiyini bildiriblər. Ermənistan Xarici İşlər Nazirliyindən “Sputnik Armenia” agentliyinə bildirilib ki, məsələnin tez bir zamanda həlli ilə bağlı Gürcüstanın müvafiq dölvət qurumları ilə iş aparılır. Feysbukda yük maşınları və onların daşıdığı güllə keçirməyən jiletlərin yer aldığı videogörüntülər yayılıb.
Yardım adı ilə İrəvana hərbi yük daşınır - İFŞA EDİLDİLƏR



Gürcüstan vasitəsilə hərbi yüklər daşınmır - RƏSMİ
Tiflisdən Ermənistana hərbi yüklərin aparılmasına MÜNASİBƏT
Gürcüstan-Rusiya yolu yenidən bağlandı
Tiflisdən QƏRAR: Hərbi yüklərin tranzitinə qadağa qoyuldu
Nazirlik: “Gürcüstanın hava məkanı Rusiya hərbi təyyarələri üçün bağlıdır”
Gürcüstan Ermənistana silah daşıyan Rusiya təyyarəsini geri qaytardı
Ruslar Sxinvalidə 2 gürcünü həbs etdi
Türkiyədən Gürcüstan ordusuna DƏSTƏK
Gürcüstan sərhəddində nə baş verir?
Rusiya Gürcüstanla sərhəddə texnika yeritdi
Qaribaşvili İrəvana yola düşmədən öncə NƏ DEYİB?
Ermənistana silah daşıyan yük maşını Gürcüstan sərhədində saxlanıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 