Elməddin Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib. ONN media xəbər verir ki, bu barədə E.Quliyev özünün feysbuk səhifəsində bildirib. E. Quliyev bildirib ki, artıq 5 ildən çox çalışdığı Dövlət Statistika Komitəsindəki işindən ayrılıb: “Ötən müddət ərzində dövlət qulluğunda üzərimə düşən vəzifə və öhdəlikləri bacardığım qədər əzmlə yerinə yetirməyə çalışdım. Ən böyük qazancım isə zəngin təcrübə və peşəkarlarla iş oldu. Dövlət Statistika Komitəsinin bütün strukturlarında çalışan dostlarıma gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Qeyd edim ki, fəaliyyətimi bundan sonra hakim Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi davam etdirəcəyəm. Əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan, regionun ən böyük təşkilatı olan hakim partiyada fəaliyyətə başlamaq sözsüz ki, mənim üçün böyük bir şərəfdir. Praqmatik Lider, qalib sərkərdə kimi dünyada böyük nüfuza malik olan Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkənin alternativsiz təşkilatı olan bir siyasi partiyada çalışmaq, eyni zamanda, üzərimə böyük bir məsuliyyət qoyur. Bu məsuliyyəti dərk edərək əminliklə bildirirəm ki, çalışdığım bütün qurumlarda olduğu kimi, Yeni Azərbaycan Partiyasında da fəaliyyətimi var gücümlə davam etdirməyə və mənə göstərilən böyük etimadı doğrultmağa çalışacağam. Dəyərli həmkarlarımla qurulacaq yeni əməkdaşlıqdan fərəh hissi keçirirdiyimi bildirirəm". Xatırladaq ki, Hüseyn Paşayev Mərkəzi Seçki Komissiyasının üzvü seçilməsi ilə əlaqədar YAP mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib.
Elməddin Quliyevə YÜKSƏK VƏZİFƏ verildi



Bu komitənin kollegiyasının tərkibində dəyişiklik edildi
Akif Təvəkküloğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ
Elmar Məlikov yeni vəzifəyə təyin edildi
Beynəlxalq Avtovağzala mətbuat katibi təyin edildi
Köhnə sədrə YENİ VƏZİFƏ
Nazir mətbuat xidmətinin rəhbərinə YÜKSƏK VƏZİFƏ verdi
Kamran Əliyevə yeni vəzifə
Dövlət Komitəsinin yeni tərkibi təsdiqləndi - QƏRAR
Natiq Məmmədliyə yüksək vəzifə verildi
Nuridə Allahyarovaya yeni vəzifə verildi
Mədət Quliyev onlara VƏZİFƏ VERDİ
Ceyhun Əli işdən çıxarıldı, yerinə o təyin edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 