Tovuz rayonunun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub. ONN media xəbər verir ki, cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olub. İş araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası mayın 17-nə təyin olunub. Xatırladaq ki, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
Nərminin qatilində təqsirli bilinən şəxsin məhkəməsinin vaxtı açıqlandı



Nərmin Quliyevanın qətl işi ilə bağlı YENİ XƏBƏR
Kamran Əliyev bu cinayət işini xüsusi nəzarətə götürdü
İlkin Süleymanov istintaqa hansı açıqlama verdi?
Nərminin qatili azad edilir?
Nərmin Quliyeva cinayətində son durum
"İfadələri alınır" - Nərminin qətli ilə bağlı daha bir AÇIQLAMA
Nərmin Quliyeva cinayəti: İlkin Süleymanovun dustaq yoldaşları DANIŞDI
Nərmini qətlə yetirməkdə təqsirləndirilən İlkinin məhkəməsi başladı
Məhkəmədə Nərminin qətli ilə bağlı YENİ İDDİALAR - Atası qonşu kəndə getdi
Nərmini öldürməkdə ittiham olunan İlkin Süleymanov AZADLIĞA BURAXILIB? — QARDAŞINDAN AÇIQLAMA
İlkin Süleymanov son söz deyəcək
İlkin və Nərminin məhkəməsi niyə təxirə salındı?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 