Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın iki mədəniyyət xadimini mükafatlandırıb. ONN media xəbər verir ki, Rusiya liderinin Fərmanına əsasən “Puşkin” medalı ilə təltif olunmuş Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanın əridir. Hacıyev Ədalət Qasım oğlu 1959-cu il iyun ayının 29-da Bakı şəhərində anadan olub. O, 1981-ci ildə D.Büyatzadə adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun “Xalq təsərrüfatının iqtisadiyyatı” fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan Komsomolu Mərkəzi Komitəsində başlayan Ə.Hacıyev, 1989-cu ildən bu günə kimi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında işləyir. 1989-2008-ci illərdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında direktor müavini, 2008-ci ildən isə direktor vəzifəsində çalışır. O, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Ə.Hacıyev çalışdığı kollektivin nüfuzunu qazanmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Ə.Hacıyev 2013-cü ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. Xatırladaq ki, Putin həmçinin teatrın baş rejissoru Aleksandr Şarovski “Dostluq” ordeni ilə mükafatlandırıb.
Putinin təltif etdiyi şəxslərdən biri Brilliant Dadaşovanın həyat yoldaşıdır



Putin bu azərbaycanlılarla bağlı SƏRƏNCAM İMZALADI
Xalq artisti Vaqif Əsədov vəfat etdi
Mədəniyyət Nazirliyi Xalq artistinin ölümü ilə bağlı nekroloq yayıb
Azərpaşa Nemətovu o əvəz etdi
Xalq artisti Vaqif Əsədovla vida mərasimi başa çatıb - YENİLƏNİB
6 yanvar İsmayıl Dağıstanlının doğulduğu gündür
6 yanvar İsmayıl Dağıstanlının doğulduğu gündür
6 yanvar İsmayıl Dağıstanlının doğulduğu gündür
22 yanvar Hacı İsmayılovun doğum günüdür
4 MAY FUAD POLADOVUN VƏFAT ETDİYİ GÜNDÜR
4 may Fuad Poladovun vəfat etdiyi gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 