Azərbaycan sərhədçilərin öldürülməsi, qanunsuz olaraq narkotik vasitələrinin ölkə ərazisinə keçirilməsi ilə bağlı cinayət işinin istintaqının aparılması Baş Prokurorluğunun rəhbərliyinin göstərişinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib. ONN media xəbər verir ki bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib. Qeyd edək ki, mayın 15-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub. Sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər. Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb. Hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb. Hadisənin baş verdiyi ərazi qapadılmış və havadan nəzarət məqsədilə sərhəd aviasiyası tətbiq olunmuşdur. Sərhəd pozucularının axtarışı üzrə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, digərlərinin axtarışı davam etdirilir. İran vətəndaşı olan sərhəd pozucusunun şəxsiyyətinin müəyyən edilməsi üzrə tədbirlər görülür. DSX rəisinin tapşırığına əsasən DSX rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədovun başçılığı ilə bir qrup zabit hadisə yerinə ezam olunub. Hadisə barədə aidiyyəti hüquq mühafizə orqanlarına və İran tərəfinə məlumat verilib.
Kamran Əliyevdən MÜHÜM GÖSTƏRİŞ



İranla sərhəddə ATIŞMA: İki hərbçimiz ŞƏHİD OLDU
İranla sərhəddə şəhid olan zabit Tovuzda dəfn ediləcək
İran-Azərbaycan sərhəddində GƏRGİNLİK
Azərbaycan-İran sərhədində insident
SON DƏQİQƏ: Azərbaycan-İran sərhədində atışma, ölən var
Azərbaycan-İran sərhədində atışma: ölən var
“Dayan” əmrinə tabe olmadılar- Atəş açıldı
Azərbaycan-İran sərhədində baş verən insidentlə bağlı RƏSMİ AÇIQLAMA
İranla sərhəddəki atışmayla bağlı YENİ XƏBƏR - HƏBS EDİLƏN VAR
İran sərhəddində atışma- Yaralanan var
İranla sərhəddə insident yaşanıb- ATƏŞ AÇILDI
Sərhəddə atışma olub- Ölən var
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 