Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətinin müəyyən edilməklə, doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilir. Bu barədə Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib. Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılması istiqamətində müntəzəm iş aparılır. "Bundan əvvəl verilən məlumatlara əlavə olaraq bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub. İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır. Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik", - Mətbuat xidmətindən bildirilib.
Azərbaycan Ordusunun itkin düşən daha bir əsgərinin nəşi tapıldı



Daha bir şəhid hərbçimizin nəşi tapıldı
Daha bir hərbçimizin nəşi tapıldı
İtkin düşmüş daha 2 hərbçimizin nəşi tapıldı
Hərbi prokurorluq nəşi tapılan hərbçimizlə bağlı məlumat yaydı
Daha bir hərbçimizin nəşi tapıldı
DTX və Baş Prokurorluq birgə MƏLUMAT YAYDI
Laçında itkin düşən hərbçilərimizin axtarışları davam edir
Hərbi prokurorluq dənizə düşən təyyarə ilə bağlı AÇIQLAMA YAYDI
MN-də vəzifəli şəxs həbs olundu
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların YENİ SİYAHISI
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların - YENİ SİYAHISI
SON DƏQİQƏ: İki hərbçimiz minaya düşdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 