Türkiyənin daxili işlər naziri Süleyman Soylu ötən ilin avqustunda Antalyada güllələnən məşhur azərbaycanlı kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Səlifovun vaxtilə Türkiyədən deportasiya edildiyi halda necə geri dönə bildiyi haqda danışıb. ONN media xəbər verir ki, nazir bu mövzuya TRT Haber-ə müsahibəsi zamanı “yeraltı dünyasının” xaricə qaçan lideri Sedat Pekerin onun ünvanına səsləndirdiyi, son günlər Türkiyədə gündəm olan ittihamları ilə bağlı danışarkən toxunub. Bildirib ki, “Lotu Quli” başqa ölkədən pasport alaraq Kipr üzərindən Türkiyəyə geri dönə bilmişdi. “Dünyanın 12 ən güclü mafiyasından biri Türkiyəyə gəldi. Nadir Səlifov deyilən adam 20 il həbsxanada yatıb. Səlifov, “Lotu Quli” dünyanın 12 ən güclü mafiyasından biridir. Bir çox insan gəldi, getdi, bunu yaxaladıq. İçəri qoyduq. İki gün ərzində vəkilləri onun Türkiyədən deportasiyasını əngəlləyən, qeyri-leqal miqrantların saxlanılması mərkəzindən sərbəst buraxılmasını tələb edən məhkəmə qərarının çıxarılmasına nail oldular. Amma deportasiya mərkəzindən çıxarıb goydum geri, yerinə. 2-2.5 ay orada saxladıq, danışdırdıq, sonra da ölkəsinə deportasiya etdik. Sonra başqa bir ölkədən pasport aldı, Kiprə getdi, oradan Türkiyəyə gəldi. Yaxınındakı bir cangüdəni bunu güllələdi”,-Süleyman Soylu bildirib. Qeyd edək ki, mafiya lideri Sedad Peker “Lotu Quli”nin Türkiyədə bir polisin həlak olması ilə nəticələnən atışmada əli olması şübhəsi ilə saxlanıldığını, deportasiya edildiyini, daha sonra geri döndüyünü bildirmişdi. “Lotu Guli” Azərbaycandan həbsdən buraxıldıqdan sonra Türkiyədə məskunlaşmışdı. 2018-ci ilin payızında Türkiyə polisi onu saxlayıb və deportasiya olunmaq üçün barəsində prosedur başladılıb. Lakin məhkəmə onun sərbəst buraxılmasına qərar verib. Bir neçə həftə sonra “Lotu Guli” yenidən tutulub və bir müddət miqrantların deportasiyası mərkəzində saxlanılıb. Daha sonra Türkiyədən deportasiya edilib. Buna baxmayaraq o, bir müddət sonra yenidən Türkiyəyə dönüb.(virtualaz.org)
Necə oldu ki, Türkiyədən deportasiya edilən “Lotu Quli” geri döndü?



"Lotu Quli"nin dəfn mərasimi başlayır
"Lotu Quli"yə belə qəbirüstü abidə hazırlandı - FOTO
“Lotu Quli”nin harada dəfn ediləcəyi bilindi
Qatil “Lotu Quli”ni öldürməmişdən öncə VİDEOYA ÇƏKDİ
“Lotu Quli” güllələndikdən sonra FOTOSU YAYILDI
Lotu Qulinin qızının fotosu yayıldı- İLK DƏFƏ
“Lotu Quli”nin dəstəsinə onlardan kim başçılıq edəcək? - SON XƏBƏR - FOTO
Lotu Quli saxlanıldı - SON DƏQİQƏ
Bakıda əməliyyat - "Lotu Quli"nin qohumu həbs edildi
Azərbaycanlı oğru Türkiyədən deportasiya edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 