Bu gündən etibarən ali təhsil və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu elanı başlayır. 26 maydan 8 iyuna qədər onlayn formada sənəd qəbulu aparılacaq. ONN media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, hər kəs birinci imtahanda dövlət büdcəsi hesabına imtahan verə bilər: "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların imtahan xərcləri dövlət hesabına qarşılanacaq. 3 sənəd qəbulu komissiyası var. Hər vətəndaş sənədlərini elektron formatda təqdim edə bilər. Lakin 2012-ci ildən sonra məzun olan abituriyentlərin attestatları haqqında bizdə məlumat olmadığı üçün, sözügedən sənəd qəbulu komissiyaları yaradılıb. Abituriyentlər elektron ərizələrini doldurduqdan sonra tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. SQK-lar hər gün, şənbə, bazar və bayram günləri istisna olmaqla, saat 10-dan 17-dək fəaliyyət göstərirlər". Məleykə Abbaszadə əlavə edib ki, gələn həftədən etibarən 5-ci qrupa qəbul imtahanının tarixi elan ediləcək: "Pandemiya şəraitində olduğumuz üçün, imtahan tarixləri Operativ Qərargah tərəfindən təsdiq edildikdən sonra ictimaiyyətə elan ediləcək. Sənəd qəbulu üzrə əsas kontingent formalaşdıran sonra imtahan keçiriləcək məntəqələr müəyyənləşdiriləcək".
Ali məktəblərə sənəd qəbulu başlayır - DİQQƏT!



SON DƏQİQƏ: Tələbə qəbulu qaydaları dəyişdi - RƏSMİ
Şəhid ailələri bu ödənişdən AZAD OLUNDULAR - SƏRƏNCAM
Kolleclərə sənəd qəbulu bu gün başa çatır
Ali məktəblərlə bağlı daha bir YENİLİK
Sənəd qəbulu ilə əlaqədar QAYDALAR DƏYİŞDİ
Nəticələr bu gün elan olunacaq - DİQQƏT
İmtahanların ikinci mərhələsi keçirilməyə bilər
ŞAD XƏBƏR- Təhsil haqqını dövlət qarşılayacaq - Rəsmi
Bu ailələrə 480 manat veriləcək
Bu uşaqların təhsil haqlarını dövlət ödəyəcək
Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başlayır
Magistraturaya sənəd qəbulu BAŞLAYIR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 