1 iyuna qədər qadağan olunan Türkiyə çarter uçuşlarının taleyi məsələsinin ən gec 28 may tarixində elan edilməsi gözlənildiyi halda, bu barədə qərar verilmədiyi üçün Rusiya turizm sektoru hərəkətə keçib. ONN media xəbər verir ki, Rusiya Tur Operatorları Birliyi (ATOR) koronavirus dövründə bütün qərarları qəbul etmək üçün yaradılan əməliyyat-koordinasiya mərkəzinə məktub göndərib və şikayətlərin artmaması üçün qərarın dərhal bildirilməsi tələb edilib. Göndərilən məktubda koronavirus əməliyyat mərkəzinin rəhbəri, Baş nazirin müavini Tatyana Qolikovadan 1 iyundan sonra Türkiyəyə uçuşlarla bağlı hökumətin qərarı barədə rəsmi məlumat istənilib. Türkiyəyə uçuşlarda məhdudlaşdırma müddətinin bir neçə gün ərzində bitəcəyi xatırladılıb, lakin tur operatorlar və turistlər haqqında hələ də məlumatın olmadığı vurğulanıb. Bu səbəbdən həm şirkətlərin, həm də turistlərin plan qura bilmədikləri ifadə edilib. Birliyin mətbuat katibi İrina Turina qeyd edib ki, təcili olaraq məhdudiyyətlərin uzadılması və ya qaldırılması barədə məlumat verilməlidir: "İnsanlar həyatlarını hansı məlumatlara əsaslanaraq necə planlaşdırmalıdırlar? 1 iyundan sonra Türkiyəyə uçuşlar var, yoxsa yoxdur? Məhdudiyyətlərin uzadılması və ya qaldırılması barədə bizə məlumat verin, insanların indi bunu bilmək hüququ var. Proseslər tamamilə donub, heç kim nə edəcəyini, necə davranacağını bilmir. Biz bu vəziyyətdə məktubumuza cavab tələb edirik".
Rusiya hökumətinə ÇAĞIRIŞ: Türkiyə ilə bağlı təcili qərar verin!



Rusiyadan Türkiyəni sevindirən QƏRAR
Zelenskidən ukraynalılara Türkiyə ilə bağlı MÜHÜM ÇAĞIRIŞ
Türkiyə turistlərin ölkəyə giriş qaydalarını dəyişdirir
Rusiya Türkiyəyə məxsus iki balıqçı gəmisini saxladı
Putin Ərdoğana "hə" dedi: Türkiyəyə gedir
Rusiya MN itkilərini açıqladı - Təcili
NATO-dan Türkiyəyə xəbərdarlıq
Türkiyə və Rusiya Qərb hegemoniyasına belə dirəndi - ABŞ mediası
Türkiyə ilə bağlı Sidorovdan sərt açıqlama
Türkiyə və Rusiya arasında yeni sənəd imzalandı
Tramp Türkiyəyə səfər edəcək?
Qeyri-iş günləri bu tarixə qədər uzadıldı - SON DƏQİQƏ
Sabah Azərbaycanda yağış yağacaq
Polis 8 avtomat, 2 tüfəng və 548 patron aşkarladı
Bakıda bu ərazilərdə söküntülər planlaşdırılır - ÜNVANLAR
Bulvarda klassik və sürət avtomobillərinin festivalı keçirilir
ASAN Xidmətdə çalışanların NƏZƏRİNƏ
Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
Naxçıvan sakinlərinə şad xəbər
Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı
Laçında yeni yaşayış məhəllələri salınır
"Təmiz qidalanma" trendinin təhlükəsi barədə XƏBƏRDARLIQ
Hasan Can Kaya evləndi
Marketlərdəki bu ucuz məhsul ciddi problemin dərmanı imiş
İranın nə qədər raketi qalıb? - Tramp açıqladı
Günün qoroskopu: Aktiv və praktik olun 