Mayın 29-də Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlıların hücuma məruz qalmasının təfərrüatı məlum olub.
ONN media xəbər verir ki, hadisə zamanı ümumilikdə beş azərbaycanlı döyülüb.
Bunlar Kiyevin Dniprovski rayonu, Almatinski 54 ünvanında çadırda xırda ticarətlə məşğul olan Əlverdi və Fikrət Məmmədov qardaşları, onların həmkəndlisi Xəzər Cabbarov, Elman Mənsimov və Saday Cabbarov olub.
Bildirilib ki, onlara xəsarət yetirən Kiyev vilayət polisinin mülki geyimli əməkdaşları olub. Hadisəyə səbəb bir neçə maddə üzrə təqsirli bilinərək saxlanılmış, 1973-cü il təvəllüdlü azərbaycanlı Əfsər Məmmədovun mayın 28-də İrpen Şəhər Məhkəməsindən iclas fasiləsi zamanı qaçması olub.
Belə ki, Əfsər sözgedən Məmmədov qardaşlarının əmisi olub və qaçdıqdan sonra onlarla əlaqə saxlayıb. Mülki geyimli polis əməkdaşları Ə.Məmmədovun qaçdıqdan sonra qohumları ilə əlaqə yaratdığı və onların işlədiyi yerə gəldiyi barədə məlumata malik olduqlarını bildiriblər.
Daha sonra onlardan Əfsərin yerini tələb ediblər. Qohumları inkar etdikdə isə polislər onlara güc tətbiq edərək xəsarət yetiriblər.
Hazırda Azərbaycanın Ukraynadakı səfirliyi vəziyyəti nəzarətə götürüb və hadisə ilə bağlı ölçü götürülməsi üçün Respublika Baş Prokurorluğuna müraciət edib.
Ukraynada Azərbaycan diasporunun hüquqşünası isə xəstəxanada xəsarət alan azərbaycanlılarla görüşərək onların müraciətini yazılı şəkildə alaraq Ukrayna Dövlət İstintaq Bürosuna təqdim edib. Azərbaycan DİN-in Ukrayna səfirliyindəki nümayəndəsi, diaspor rəhbəri xəstəxanada zərərçəkən azərbaycanlılara baş çəkiblər. Hadisə nəzarətdə saxlanılır.
Qeyd edək ki, Ə.Məmmədov ötən gün saxlanılaraq istintaqa təhvil verilib. / "Report"



İqbal Məmmədov “Relax”dakı davadan DANIŞDI- "Yalandır"
Kiyevdə azərbaycanlı qətlə yetirildi
Azərbaycanda həkim güllələnərək öldürüldü
Çerniqovda 2 azərbaycanlı həlak oldu
Mübariz Mənsimov sosial şəbəkədə videosu yayılan şəxsi Türkiyəyə müalicəyə aparır
Əmioğlunun qisasını BELƏ ALDILAR - Astarada MÜƏMMALI YANĞIN
Ukraynada daha iki azərbaycanlı həlak olub
Ukrayna 2 azərbaycanlını deportasiya etdi
Ruslar azərbaycanlılara HÜCUM ETDİ: xəsarət alanlar var
Kiyevdə hava həyəcanı elan edildi
Ermənistan yenə mülki sakinlərə mərmi atdı — “Məəttəl qaldım ki, niyə ölmədim” - FOTOLAR
Bakıda GECƏYARISI ATIŞMA: Hadisənin təfərrüatı açıqlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 